Şəhərdaxili avtobus marşrutları və metroda gedişhaqqı 50 qəpik oldu-NÖVBƏTİ QİYMƏT ARTIMI

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilib.

Etikxeber.az-ın xəbərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib.

Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Digər qərara əsasən müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri artırılıb.

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib.

Etikxeber.az

Read Previous

Abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər-BU GÜN

Read Next

Daha bir Şəhid ailəsində gözəl gün: ASTARALI ŞƏHİD ŞAHNUR HÜSEYNOVUN QARDAŞININ TOYUDUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir