“Şəhərlərimizi vuran Rusiya raketlərinin ümumi sayı artıq 2811-dir”-ZELENSKİ AÇIQLADI

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ölkəsinə nə qədər raket atdığını açıqlayıb.

Etikxeber.az məlumat verir ki, Ukrayna prezidenti 2800-dən çox raketin atıldığını deyib.

Vurğulayıb ki, bu, təkcə raketlərin sayıdır.

Zelenskinin sözlərinə görə, Ukrayna şəhərləri digər silah növlərindən də atəşə tutulur.

O, “Bu axşama olan məlumata görə, şəhərlərimizi vuran Rusiya raketlərinin ümumi sayı artıq 2811-dir. Daha nə qədər hava bombası, nə qədər artilleriya mərmisi var”deyə, əlavə edib.

Etikxeber.az

Read Previous

Qazilərlə daha bir Şəhid ailəsini-EVİN TƏK VƏ SUBAY OĞLU ELŞƏN KƏRİMOVUN VALİDEYNLƏRİNİ ZİYARƏT… – FOTOLAR

Read Next

“Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın rəhbərliyinin üzərinə düşür”-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir