Şəhadət günündə, Şəhidliyinin dördüncü ilində-CƏMİL HƏŞİMLİNİN AİLƏSİNİ, OCAĞINI, MƏZARINI YENİDƏN ZİYARƏT…- FOTOLAR – YENİLƏNİB

İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç oğlan övladından biri, subay, bir neçə medal və bir ordenli, Gizir, Kürdəmirli Cəmil Həşimlinin Şəhadətə ucaldığı gündə, Şəhidliyinin dördüncü ilində-5 oktyabr 2024-cü il tarixində, axşam saatlarında evini, ocağını, ailəsini, məzarını ziyarət etdim.

Şəhidimizin ailəsinə, doğmalarına, hər üç övladı İkinci Vətən Müharibəsi iştirakçısı olmuş Qəhrəman Anaya-Simuzər xanıma, Simuzər Bağıyevaya bir daha Allahdan səbr və dözüm arzuladım.

Bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Bir daha Cəmil Həşimli də daxil olmaqla, cəmi Şəhidlərimizin ruhları qarşısında baş əydiyimizi, bir ömür boyu onlara-Vətən fədailərimizə borc olduğumuzu dilə gətirdim…

Şəhidlərimizi unutmayacağımızı və unutmağa da heç bir haqqımız olmadığını vurğuladım…

“Unutsaq, unudularıq!”-söylədim…

Və təxminən 2 saat çəkən ziyarətim zamanı Şəhidimizin anası, doğmaları ilə bir daha söhbətləşdim, dərdləşdim…

Sonda isə məzarını ziyarət, ruhuna dualar etdim…

Məqamın Uca olsun, Cəmilim!

Nurlar içində yat, Nur üzlü, Şəhid üzlü Şəhidim!

Baş tacımız, And yerimiz, Fəxr və Qürur mənbəyimizsən!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Günəş” mərasim evində Birinci Qarabağ Savaşı Şəhidi-İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN RAMİZ ƏHMƏDOVUN ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ, ADINA EHSAN SÜFRƏSİ AÇILIDI…- FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Şəhid Elşad Əliyevin anası Flora Əliyevanın növbəti dəfə təşəbbüsü və təşkilatçılğı ilə-BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDLƏRİNİN AİLƏLƏRİNİN GƏNCƏ ŞƏHƏRİNƏ SƏFƏRİ-ZİYARƏTİ TƏŞKİL OLUNDU…ŞƏHİD AİLƏLƏRİ GƏNCƏ İMAMZADƏSİNİ VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏR VƏ… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir