Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Şamaxılı, Dəmirçili, özü isə Sumqayıtlı olan İtkin-məzarsız Birinci Qarabağ Savaşı Şəhidi Əli Əkbər oğlu Quliyevin Şəhadətinin 31-ci ili və Cənnətdəki 31-ci doğum günü, 50 illyi ilə bağlı bu gün-12 aprel 2025-ci il tarixində, günorta saatlarında Anım mərasimi keçirilib.
Anım mərasimi saat 15:00-da Sumqayıt şəhərində yerləşən “Billur” mərasim evində baş tutub.
Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar edilib, “Quran” oxunub.
Çıxışlar edilib, Şəhidin ailəsinə, doğmalarına, 31 ildir övlad yolu gözləyən anası Anaxanım Quliyevaya Allahdan səbr və dözüm arzulanıb, tezliklə övladının nəşinin tapılması dilənib.
Şəhidin Cənnətdəki 31-ci doğum günü, 50 yaşı təbrik olunub.
Mərasimdə həmçinin, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.
Sonda Şəhidin adına ehsan süfrəsi açılıb, xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, mərasimdə Şəhidin anası və doğmaları, Birinci Qarabağ Savaşı Şəhidlərinin ailə üzvləri, ziyalılar və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Əli Quliyev 1975-ci ilin 13 iyul tarixində Sumqayıt şəhərində, sadə bir ailədə dünyaya gəlib…
O, ailənin üç övladından, iki qardaşdan biri və evin ortancılı olub…
1981-1992-ci illərdə Sumqayıt şəhərində yerləşən 4 saylı tam orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 1993-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə, Əsgərliyə çağırılıb, “Nasosnı”da (indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsində) yerləşən “N” saylı hərbi hissədə qulluğa başlayıb…
1992-cü ilin yanvar ayında isə əvvəlcə Ağdam, sonra Ağdərə istiqamətinə göndərilib, Azərbaycan Ordusunun Əsgəri kimi Birinci Qarabağ Savaşına qatılıb…
Və 1994-cü ilin yanvar ayının 19-da Ağdərə istiqamətində Şəhid olduğu deyilsə də, uzun müddət Əlidən xəbər almaq mümkün olmayıb…
Onun Şəhid olduğu xəbəri, daha doğrusu, itkin düşdüyü atasına, ailəsinə 1994-cü ilin mart ayının əvvəllərində bildirilib…
Və o vaxtdan ailəsi, mərhum atası Əkbər kişi nə qədər axtarsa da, Əlinin nəşini əldə etmək, tapmaq mümkün olmayıb…
Əliyə Şəhidlik statusu isə yalnız iki ildən sonra-1996-cı ildən verilib…


Cəmi 19 yaşında Şəhidlik məqamına ucalan-itkin düşən Əli Quliyev həm də subay olub…
Eyni zamanda qeyd edim ki, Əli Quliyevin ata tərəfdən yaxın qohumu, Şamaxılı, Dəmirçili, cəmi 23 yaşlı Rəcəb Elşən oğlu Quliyev də Şəhiddir, o, İkinci Vətən Müharibəsi zamanı Şəhidlik zirvəsinə yüksəlib.
Ruhu şad, məqamı Ali və Uca olsun!
Nur içində yatsın!
19:25
***
FOTOLAR:









21:00
***









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az