Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakılı, Yasamallı İkinci Vətən Müharibəsi Şəhidi Nurlan Ağa oğlu Mustafayevin Şəhadət günüdür.
Bu gün-14 oktyabr 2026-cı il tarixində Nurlan Mustafayevin Şəhadətə qovuşmasından altı il ötür.
Etikxeber.az xəbər verir ki, Şəhadət günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Hərbi Memorial Məzarlıqdakı (İkinci Fəxri Xiyabandakı) məzarı ziyarət olunub.
8 noyabr 1991-ci il təvəllüdlü, ailənin dörd övladından, üç qardaşdan və əkiz qardaşlardan biri, subay Nurlan Mustafayevin məzarı üzərinə gül dəstələri düzülüb.
Bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub.
Nəşi 21 oktyabr 2020-ci il tarixində Əbədiyyətə uğurlanan Şəhidin ailəsinə, doğmalarına-anası Sevda xanıma Allahdan səbr və dözüm arzulanıb.
Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuış şeirlər səsləndirilib.
Məzarını ziyarətdən sonra Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Şəhidin Anım məclisi keçirilib, adına çay-ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, Şəhid ailələri, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, məktəblilər, din xadimləri və digərləri işrirak ediblər.
***
FOTOLAR:








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





