Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Səhhəti qüsurlu uşaqlara sahib olan ailələrə əlavə dəstəyin göstərilməsinə ehtiyac var.
Etikxeber.az-ın məlumatına görə, bunu deputat Aqiyə Naxçıvanlı parlamentdə büdcə müzakirələrində deyib.
O, bildirib ki, qüsurlu övladı olan ana ona baxmaq üçün işləməmək məcburiyyətindədir:
“Düzdür, dövlət tərəfindən qüsurlu uşaqların xəstəliklərinin dərəcələrinə uyğun müavinət verilir, yardım göstərilir”.
Deputat qeyd edib ki, qüsurlu uşaqlara baxan analara mənəvi dəstəklə yanaşı maddi dəstəyin də göstərilməsinə ehtiyac var:
“Təklif edirəm ki, həmin uşaqların valideynlərinə də müavinət verilsin”.
KAMİL
Etikxeber.az