Aslan Tofiq oğlu Məmmədzadə…
Adı kimi Aslan bir oğul…
Adının Haqqını verən bir Vətən sevdalısı…
İkinci Vətən Müharibəsi İştirakçısı…
İgid, Qəhrəman Azərbaycan övladı…
Aslan əslən Qarabağlı, Qəhrəman Tərtərlidir…
1996-cı ilin oktyabr ayının 11-də Tərtərin Səhləbad kəndində-sadə bir ailədə dünyaya gəlib…
Ailənin dörd övladından biri, üç qardaşın ən böyüyüdür…
2003-2014-cü illərdə orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən az sonra, 2014-cü ilin payızında həqiqi hərbi xidmətə yollanıb…
Bakı şəhərində “N” saylı hərbi hissədə qulluq edib və 2016-cı ilin aprel ayının sonlarında Əsgərliyini başa vurub, yenidən evinə, ailəsinə dönüb…
2017-ci ildən isə Bakı şəhərində kirayədə yaşamağa, avtomobil-maşın sexində çalışmağa başlayıb…
2020-ci ilin 21 sentyabr tarixində səfərbərliyə cəlb olunub…
27 sentyabr tarixindən isə İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar döyüşlərə atılıb…
Tərtər-Ağdərə istiqamətlərində olub, döyüşüb, sentyabrın 29-dan 30-na keçən gecə isə ağır kontuziya alıb, əli-qolu yanıb…
Əvvəlcə Tərtərdə, sonra Bərdə və Ucar rayonlarında müalicə-müayinədən keçib…
Oktyabrın 16-dan isə yenidən cəbhə-döyüş xəttinə göndərlib…
Bu dəfə Ağdam istiqamətində olub və İkinci Vətən Müharibəsindən, Qələbəmizdən sonra, 2020-ci ilin dekabr ayının 11-də isə Ordudan təxris olunub…
Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub…
27 yaşlı İgidimiz, Qəhrəmanımız hazırda nişanlıdır, bu ilin dekabr ayında toyu olacaq…
İgidimizlə, Qəhrəmanımızla bu gün, 14 iyun tarixində tanış oldum və bir araya gəldim…
Hal-əhvallaşdım, bir xeyli söhbətləşdim…
Üstündən 2 il 9 aya yaxın vaxt keçməsinə baxmayaraq, Aslanın səhhətində hələ də problemlər qalmaqda, açıq-aşkar özünü göstərməkdədir…
Bunu onunla söhbətləşərkən də hiss etdim…
Baş ağrıları, gərginlik, əsəbilik, qıcolmalar hələ də davam edir…
Ancaq bunlara baxmayaraq, çox təəssüflər olsun ki, müharibədən sonra Aslanın səhhəti ilə maraqlanan olmayıb, hələ də Haqqı olan əlillik dərəcəsi verilməyib…
Hansı ki, səhhətinə görə ona əlillik dərəcəsi düşür…
İnanmaq istərdim, istərdik ki, gec də olsa, yaxın aylarda İgidimizlə, Qəhrəmanımızla, onun səhhəti ilə daha da yaxından maraqlanılacaq və ona əllilik dərəcəsi veriləcək…
Ümid sonra ölür deyirlər, Allah ümidlərimizi ölməyə qoymasın!
Allah cəmi Vətən sevdalılarımızı, Qazilərimizi, içində də Aslan Məmmədzadəni qorusun!
***
FOTOLAR:



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az