Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cənnətdəki dördüncü doğum günü, 35 yaşının tamam olması ilə bağlı bu gün günorta saatlarında İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin üç övladından, iki qardaşdan biri, subay Əhməd Vaqif oğlu Kərimovun Dədə Qorqud qəbiristanlığındakı məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Məzarını ziyarətdən sonra isə “Nur” mərasim evində Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi təşkil olunub.
Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha ruhuna dualar edilib, İlahilər səsləndirilib, ailəsinə, anası Həsrət xanıma Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.
Eyni zamanda, “Odlar yurdu” qrupunun və tanınmış iş adamı Mübariz Mənsimovun adından Şəhidin anasına “Xarıbülbül” simvolu təqdim olunub.
Simvolu Şəhidin anasına adıçəkilən qrupun tanınmış üzvü Azər Hüseynov təqdim edib.
Sonda isə xatrə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclisdə ailə üzvləri, Şəhid anaları, Şəhid ailələri, din xadimləri, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin köməkçisi Bəhruz Müslümov, hər zaman Şəhid ailələrinin yanında olan tanınmış xeyriyyəçi Cəlal Qurbanov, “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov və digər şəxslər iştirak ediblər.
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az