Şəhid əmisinin adını daşıyan-EVİN-AİLƏNİN TƏK VƏ NİŞANLI OĞLU, ŞƏHİD ELDƏNİZ HÜSEYNOVUN BU GÜN 27 YAŞI TAMAM OLUR…

İmişli rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Eldəniz Tahir oğlu Hüseynovun doğum günüdür.

Bu gün Eldəniz Hüseynovun 27 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günüdür.

Etikxeber.az xəbər verir ki, Eldəniz Hüseynov 1996-cı ilin sentyabrın 17-də İmişli rayonunda dünyaya gəlib…

Ailənin iki övladından biri, tək bacının tək qardaşı, evin tək oğlu olub…

Şəhidin tək bacısı Xəyalə xanım ailəli, iki oğul anasıdır…

Eldəniz İmişli rayonunda yerləşən Əli Səmədov adına 6 saylı tam orta məktəbi bitirdikdən az sonra-2014-cü həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb, Bakı şəhərində hərbi qulluq keçib…

2016-cı ilin aprelin sonlarında Əsgərliyini başa vurub, evinə, ailəsinə dönüb…

İmişli rayonunda yerləşən Şəkər Zavodunda işləyib…

2020-ci ilin sentyabrın 29-da könüllü şəkildə İkinci Vətən Müharibəsinə qatılıb, Vətənin müdafiəsinə yollanıb…

Füzuli, Cəbrayıl istiqamətlərində döyüşüb, döyüş yolu 10 gün cəkib…

Oktyabrın 8-dən 9-na keçən gecə isə  Xudafərin körpüsü yaxınlığında qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi oktyabrın 9-da İmişli rayon qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Eldəniz öz vəsiiyətinə əsasən adını və soyadını daşıdığı əmisinin-Birinci Qarabağ Savaşı Şəhidi Eldəniz Hüseynovun yanında dəfn edilib…

Şəhidin adını və soyadını daşıdığı əmisi Eldəniz Hüseynov Azərbaycan Ordusunun Əsgəri kimi 18 yaşında, bacısının toyu ərəfəsində, 1992-ci ilin oktyabrın 17-də Laçın rayonunda Şəhid olub…

Və Eldəniz Hüseynovun adı Şəhidliyindən 4 il sonra, 1996-cı ilin sentyabrın 17-də dünyaya gələn qardaşı oğluna verilib…

 Eldəniz həm də nişanlı olub, xalası qızı ilə nişanlanıb…

2020-ci ilin noyabrında toyu olacaqmış…

Eldəniz Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”  “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…

Şəhidin ailəsinin yaşadığı küçə hazırda Onun adını daşıyır…

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub-MN

Read Next

Ağdam istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir