Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Cəbrayıl rayonunun Qumlaq kəndindən olan Əyyub Rasim oğlu Süleymanovun Anım Günü, Əbədiyyətə uğurlanmasının üçüncü ili, eləcə də bu ilin oktyabr ayının 28-də dünyasını dəyişən anası Süşən Əsədovanın yeddi mərasimi ilə bağlı bu gün günorta saatlarında hər ikisinin Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub.
Bakıdan gəlmiş Şəhid anaları, eləcə də hər zaman Şəhid ailələrinin yanında olan şəxslər-tanınmış bəstəkar Ruslan Səfəroğlu, həkim Sahib Səhratlı, ictimai fəal Xəyal Musayev, gənc şair Dəniz Ruzgar tərəfindən Şəhidin və onkoloji xəstəlikdən vəfat edən Şəhid anasının məzarı üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar olunub.
Etikxeber.az xəbər verir ki, eyni zamanda, Şəhid ailəsinin yaşadığı evdə Anım və yeddi mərasimi düzənlənib.
Həm Şəhidin, həm də Şəhid anasının ruhlarına dualar edilib, adlarına ehsan verilib.
Əyyub Süleymanovun atası Rasim Süleymanova və Şəhidin tək, ailəli bacısına Allahdan səbr və dözüm arzulanb.
Bakıda gəlmiş qonaqlar da Anım və yeddi mərasimində iştirak ediblər.
Onlar da Şəhidin atası və bacısına dərin hüznlə başsağlığı verib, hər ikisinə səbr və dözüm diləyiblər.
Ruhları şad olsun!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





