“Şəhid ailələri başımızın tacıdır” – QƏNİRƏ PAŞAYEVA – FOTOLAR – YENİLƏNİB

Tovuzda ön cəbhədə yerləşən, 46 şəhid vermiş əziz və qəhrəman Əlibəyli kəndimizdə qəhrəman şəhidimiz Elman Həsənovun valideynlərini ziyarət etdik, gözəl söhbət edib xeyir-dualarını aldıq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili və Tovuzdan 4-cü dəfə deputatlığa namizəd Qənirə Paşayeva qeyd edib.

“Hər zaman olduğu kimi bu seçkilərdə də xeyir-dualarını və dəstəklərini əsirgəmədilər. Qəhrəman şəhidlərimizin ailələrinin dəstəyi mənim üçün mənəvi anlamda ən böyük dəstəkdir. Şəhid ailələri başımızın tacıdır. Var olsunlar!

Dövlətimizin, cənab Prezidentimizin və çox hörmətli Mehriban xanımın şəhid ailələrinə dəstək və qayğısı hər birimizə ən gözəl örnəkdir və hər zaman yanınızdayıq dedik. Təkrar dəstək və etimadları üçün bir daha təşəkkürlər!”-deyə, o, sözlərinə əlavə edib.

***

“Tovuzda ön cəbhədə yerləşən, 46 şəhid vermiş əziz, qəhrəman Əlibəyli kəndimizdə dəyərli şəhid analarımızı ziyarətimiz davam edir. Qəhrəman şəhidimiz Ziyad Əmiraslanovun əziz anasını ziyarət edib fikir və qayğılarını dinlədik. “Dövlətimizin, cənab Prezidentimizin və çox hörmətli Mehriban xanımın şəhid ailələrinə dəstək və qayğısı hər birimizə ən gözəl örnəkdir və hər zaman yanınızdayıq”, dedik. Allah bütün şəhid analarımızı qorusun. Nur içində yatsın əziz şəhidlərimiz! Onları heç vaxt unutmadıq, unutmayacağıq!”

Bunu da Q. Paşayeva deyib.

Etikxeber.az

Read Previous

Musa Quliyevin daha bir-UĞURLU GÖRÜŞÜ – FOTOLAR

Read Next

“Brexit”dən asılı olmayaraq, Azərbaycan və Britaniya arasında əməkdaşlıq davam edəcək” – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir