“Şəhid ailələri hər zaman böyük ehtirama layiqdir, bu ehtiram bizim borcumuzdur”-QƏNİRƏ PAŞAYEVA ŞƏHİD ASİF ABIŞOVUN ANASI İLƏ GÖRÜŞDÜ – FOTOLAR

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Asif Abışovun anası İsbət Orucova ilə görüşüb.  

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri şəhid anası ilə ətraflı söhbət edib, qayğılarını dinləyib, ürək sözlərini bölüşüb.

O, qeyd edib:

“Əziz şəhid anası, biz sizinlə “8 Mart – Beynəlxalq Qadınlar Bayramı” ərəfəsində görüşürük. Bayramları ən çox haqq edən siz şəhid analarısız. Sizi və ailənizin xanım üzvlərini “8 Mart”, bütün doğmalarınızı isə qarşıdan gələn əziz Novruz Bayramı münasibəti ilə ürəkdən təbrik edir, ən xoş diləklərimizi yetirirəm! Şəhid ailələrimizə ali dövlət rəhbərliyinin göstərdiyi yüksək diqqət-qayğı bizlər üçün bir örnəkdir. Şəhidlərimizin ruhu bizimçün müqəddəs and yeridir.

Şəhidlərimizin ruhu əziz olduğu kimi, onların anaları da bizimçün əzizdir. Şəhid ailələri hər zaman böyük ehtirama layiqdir, bu ehtiram bizim borcumuzdur. Bir daha sizi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, ən xoş diləklərimizi yetirirəm. Rica edirəm, bizim salam-sayğılarımızı bütün doğmalarınıza yetirəsiniz”.

Görüşdə “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva və “Etikxeber.az” saytının baş redaktoru Kamil Həmzəoğlu iştirak edib. Ruhu şad olsun!

Qeyd edək ki, kiçik çavuş Asif Abışov 2020-ci il, sentyanrın 27-dən noyabrın 2-nə – şəhidliyinə qədər 35 günlük çərəfli döyüş yolu keçib.

O, Füzuli və Xocavənd istiqamətlərində ağır döyüşlərdən keçib, qəhrəmanlıqla şəhid olub. Nəşi bir neçə gün sonra tapılıb, noyabrın 18-də, doğulduğu Lək kəndində torpağa tapşırılıb…

Asif həm də Ləkin 44 günlük müharibədəki yeganə şəhididir…

Şəhidimiz Azərbaycan Prezidenti tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Etikxeber.az

Read Previous

“Kreml sahibi anlayır ki, dünyada onunla dialoqu davam etdirmək istəyən az lider qalıb ki, bunlardan biri Ərdoğandır…”-POLİTOLOQ

Read Next

“Putin informasiya köpüyü içindədir…”-UKRAYNA PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir