Şəhid ailələri ilə Bərdədə daha 4 Şəhid ailəsi-ZİYARƏT OLUNDU VƏ… – FOTOLAR

Bu gün, 8 dekabr tarixində Şəhid ailələri-Kürdəmirli Cəmil Həşimlinin anası Simuzər xanım və Bərdəli Şəhid Fəxri Qəribzadənin dayısının həyat yoldaşı, həm də bacısının qayınanası Sona xanımla birlikdə Bərdəli Şəhidlərindən daha dördünün ailəsinə baş çəkdik…

Bərdənin ilk Şəhidi Turqut Zeynalovun ailəsini, evin tək övladı olan, anası tərəfindən təkbaşına böyüdülən Elməddin Hüseynzadənin anasını, “Qarabağ” ordenli iki körpə atası Asəf Cəfərovun həyat yoldaşı və iki övladını və ailənin tək oğlu, nəşi 61 gündən sonra torpağa tapşırılan Cəyirlili Səid Ədilovun əziz valideynlərini ziyarət etdik…

Şəhidlərimizin ailələrinə, əzizlərinə bir daha başsağlığı verdik, onlara bir daha Allahdan səbr dilədik…

“Şəhidlərimizin, Şəhid balalarımızın məkanları cənnətlik, ruhları şad olsun. Ruhları qarşısında baş əyirik!”-dedik…

Şəhid ailələri ilə bir daha və bir xeyli söhbətləşdik, dərdləşdik…

Şəhidlərimizin bir daha qısa, lakin şərəfli həyat və döyüş yoluna ekskurs etdik, hər birinin tarixi Qələbə və Zəfərimizdə xüsusi rolu, xidməti olduğunu vurğuladıq, 32 illik qanlı Qarabağ münaqişəsinə son qoyulmasına görə, hər kəsin Şəhidlərimizə, Vətən sevdalılarımıza borclu olduğunu dilə gətirdik…

Bəli, hər birimiz, hər bir kəs Qələbə və Zəfərimizə görə, Şəhidlərimizə borcluyuq, borcludur…

Heç kəs, heç kim onların borcundan çıxa bilməz və bir ömür boyu onlara olan borcumuz ödənməyəcək!

Ruhları qarşısında baş əyirik!

Fəxrimiz, Qürurumuz, Şərəfimizdirlər!

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

08.12.2021, Bərdə-Cəyirli-Divanlı-Güloğlular-Bərdə

Etikxeber.az

Read Previous

Daha 1210 yeni yoluxma-DAHA 15 ÖLÜM…

Read Next

Daha 1315 yeni yoluxma-DAHA 19 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir