Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Martın 12-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilir.
Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə 5 məsələ daxil edilib.
Adıçəkilən komitənin sədri Hadi Rəcəbli gündəliyə daxil edilən məsələlər barədə məlumat verərək bildirib ki, buraya kənd təsərrüfatı kooperasiyası, turizm, elektik stansiyaları, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəşt, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi, dövlət rüsumu, həmçinin, Əmək, Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanun layihələri və digər qanunvericilik aktları daxildir.
Komitə sədri bildirib ki, qanun layihələrinin bir çoxu üç oxunuşda müzakirələrdən keçiriləcək.
“Bunlar mühüm dəyişikliklərdir”-deyə, o, sözlərinə əlavə edib.
***
Çox iyrənc elektron müharibə gedir…
Komitə sədri deyib ki, hələ Yeni İl təbrikində və Nazirlər Kabinetinin iclasında ölkə prezidenti İlham Əliyev 2019-cu ili sosial islahatlar ili kimi elan edib:
“Özünüz də görürsünüz ki, son iki ay ərzində ölkədə sosial müdafiə istiqamətində hansı inqilabi proseslər yaşanır. Əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin, təqaüdlərin artırılması, həmçinin, problemli kreditlər məsələsinin və digər məsələlərin həlli məhz bu tarixi, inqilabi proseslərin tərkib hissəsidir. Azərbaycan vətəndaşları da bu siyasəti ürəkdən bəyənir və dəstəkləyir.
Onu da deyim ki, bu məsələlər məhz zaman-zaman bizim komitədə dilə gətirilib. Çünki bizim komitə birbaşa bu məsələlərlə bağlı olan bir komitədir. Çox sevindirici haldır ki, bizim zaman-zaman dediyimiz məsələlər də artıq bir-bir həllini tapır. Yəni, dövlət başçısı səviyyəsində bu məsələlərə ciddi diqqət yetirilir və zamanı çatanda nəzərə alınır, reallaşdırılır. Amma təəssüfedici məqam odur ki, bizim dediklərimiz bəzi medaia orqanlarda təhrif edilir, başqa səmtə yozulur.
Çox iyrənc elektron müharibə gedir. Bu, düzgün hal deyil”.
Uşaqlarla bağlı müavinətlər artırıla bilər…
H.Rəcəbli həmçinin deyib ki, yaxın zamanlarda 0 yaşdan 3 yaşına qədər olan uşaqlara sosial müavinətlərin artırılması məsələsinə qayıdıla bilər:
“Artıq tapşırıq veriilib, müvafiq qurumlar bu məsələ üzərində işləyirlərş
Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur.
Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.
***
Xalq yazıçısı: İndi Allaha yalvarıram ki, külək əssin
“Bakıda ekoloji durum çox ağır vəziyyətdədir. Mən qabaqlar küləyi, Bakı küləyini xoşlamırdım, indi Allaha yalvarıram ki, külək əssin. Yoxsa, “qara hava”dan, iydən, qoxdan durmaq mümkün deyil, mümkün olmaz. Mən “Ağ şəhər” deyilən ərazinin yaxınlığında yaşayıram. Amma oraya qara nə varsa, hamısı axıb gəlir. İndi Allahıma şükür edirəm ki, nə yaxşı Bakı küləyi var, yoxsa, yaşamaq, hava almaq dözülməz olardı”.
Bunu isə millət vəkili, Xalq yazıçısı Elmira Axundova deyib.
O, xüsusilə, şadlıq evlərini sərt tənqid edib:
“Axı, bu haqda nə qədər demək, yazmaq olar? Hər gün mətbuat yazır, deyir, amma şadlıq evləri “qara işləri”ndən qalmırlar, “qara hava”larını, tüstülərini buraxırlar, ekologiyanı çirkləndirirlər, insanları zəhərləyirlər.
Hesab edirəm ki, artıq onlarla bağlı daha sərt tədbirlər görülməlidir. Yaxud, Dənizkənarı Parkı götürək. Orada iydən, qoxudan, mazut iyindən durmaq olmur. Bu, hər zaman belə olub, indi də belədir.
Artıq həmin parkın da vəziyyətinin yaxşılaşdırılması, ekoloji tələblərə cavab verməsi üçün ciddi işlərin görülməsi lazımdır”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az