Şəhid ailələrinin iştirakı ilə İkinci Vətən Müharibəsi Şəhidi Elfaq Nağıyevin tək qardaşı-ali təhsilli-ELVAN NAĞIYEVİN TOYU OLDU… – FOTOLAR – YENİLƏNİB – (1)

24 aprel 2025-ci il tarixində daha bir Şəhid ailəsində, daha bir Şəhid ocağında şad, gözəl gün yaşanıb.

Daha bir Şəhid qardaşı öz Yarı ilə ailə həyatı qurub.

Daha bir Şəhid qardaşının-əslən Gədəbəyli, özü isə Zabratlı, Bakılı olan İkinci Vətən Müharibəsi Şəhid Elfaq Azad oğlu Nağıyevin tək qardaşı, ali təhsilli Elvan Nağıyevin toyu olub.

Salyanlı Aytən adlı xanımla ailə həyatı quran Şəhid qardaşının, yeni cütlüyün toyu Bakı şəhərində yerləşən “Piano Hall” şadlıq sarayında baş tutub.

Saat 18:00-da başlayan və 5 saatdan çox davam edən toyda öncə “Vağzalı” və alqış sədaları altında Bəylə gəlin məclisə daxil olublar.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar, təbriklər başlayıb.

Bəylə gəlinin valideynləri-Şəhid Elfaq Nağıyevin anası Aytəkin xanımla atası Azad kişi, eləcə də Bakıdan olan Şəhid ailələri, tanınmış ziyalı Rəşid həkim və digərləri çıxış ediblər.

Çıxışlarda Bəylə gəlinə bir ömür boyu xoşbəxtlik və səadət arzulanıb, o cümlədən hər iki tərəfin valideynlərinə gözaydınlığı verilib.

Daha sonra bir-birini əvəzləyən gözəl manılar, musiqilər səsləndirilib, rəqslər ifa olunub.

Hər zaman Şəhid ailələrinin yanında olan tanınmış bəstəkar və müğənni Ruslan Səfəroğlu Analara və yeni cütlüyə həsr etdiyi manhılarını ifa edib.

Onun ifası-mahnıları toya xüsusi bir rəng qatıb.

Eləcə də hər kəs tərəfindən sevilən gənc xanəndə Mirələm Mirələmovun bir-birindən gözəl ifaları məclisdə məxsusi bir ab-hava yaradıb.

Bir sözlə, gözəl gün, gözəl məclis yaşanıb.

Və təbii ki, ən çox sevinən, şadlanan…qardaşına xoşbəxtlik diləyən Şəhidin-Elfaqın ruhu olub.

Ruhu hər daim ailəsinə, yeni ailə həyatı quran qardaşına, yeni cütlüyə kömək olsun!

Amin!

23:58, 24.04.2025

***

FOTOLAR:

00:58, 25.04.2025

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Gəncənin giriş və çıxışındakı Şəhid plakatları sökülməyəcək-ANCAQ ŞƏHƏRİN DAXİLİNDƏKİ ŞƏHİD ŞƏKİLLƏRİ VƏ ŞƏHİD PLAKATLARI YIĞIŞDIRILACAQ – SON MƏLUMAT

Read Next

Bu yollar sıxlıq və tıxacdır-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir