Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Odlar yurdu” qrupunun üzvü, hər zaman Şəhid ailələrinin yanında olan Azər Hüseynovun 50 illik yubileyi ilə bağlı 9 sentyabr 2024-cü il tarixində məclis düzənlənib.
Məclis Bakı şəhərində yerləşən “El Chacho” restoranında, axşam saatlarında baş tutub.
Şəhid ailələrinin-Şəhid analarının, Şəhid atalarının, Şəhid bacısının, “Odlar yurdu” qrupu üzvlərinin, ziyalıların, media mənsublarının iştirak etdiyi məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra yubilyarla bağlı qısa çıxışlar olub.
Çıxış edənlər, xüsusilə, Şəhid ailələri Vətənpərvərliyinə, Vətənsevərliyinə, hər zaman təmənnasız şəkildə Şəhid ailələrinin yanında olduğuna görə Azər Hüseynova öz minnətdarlıqlarını bildirib, onu 50 illik yubileyi münasibətilə təbrik ediblər.
Yubilyara-səbəbkara can sağlığı, uzun ömür arzulayıb, ona işində, şəxsi həyatında, fəaliyyətində uğurlar diləyiblər.
Bildiriblər ki, artıq Azər Hüseynov bu illər ərzində onların doğmasına, əzizinə çevrilib.
Çıxışlardan sonra məclisdə bir-birindən gözəl musiqilər, mahnılar səsləndilirilib, rəqslər ifa edilib.
Məclis boyu gözəl anlar yaşanıb.
4 saata yaxın davam edən tədbirin sonunda Şəhid analarının iştirakı ilə Azər Hüseynovun 50 illik yubileyilə bağlı hazırlanmış tort kəsilib.
Tədbir zamanı, eləcə də tədbirin sonunda xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, əslən Cəlilabad-Lənkəranlı olan Azər Hüseynov ailəlidir, iki övlad atasıdır.
***
FOTOLAR:
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az