Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
6 dekabr 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızının “QƏLƏBƏ MÜJDƏLİ VƏTƏN” kitabının təqdimatı keçirilib.
Tədbirdə Bakıdan və Naxçıvan Muxtar Respublikasından olan Şəhid ailələri, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının ofisində baş tutan tədbiri giriş sözü ilə açan Raziyə Kamilqızı öncə qonaqları salamlayıb.
Sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxışlar başlayıb.
Çıxış edənlər Qəhramanlıq dastanı yazan oğullar haqqında qürurla və fəxr hissilə danışıblar.
Vətənpərvər məktəbli İntizar İlkinqızının söylədiyi şerlər isə tədbir iştirakçılarını təsirləndirib və duyğulandırıb.
Tədbirdə həmçinin, Raziyə Kamilqızı tərəfindən “QƏLƏBƏ MÜJDƏLİ” kitabı Şəhid ailələrinə təqdim edilib.
Sonda isə xatirə fotoları çəkdirilib.
***
FOTOLAR:






Etikxeber.az





