Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yeni ilin-2026-cı ilin ilk günündə, 1 yanvar 2026-cı il tarixində daha bir Şəhid ailəsində gözəl, şad gün yaşanıb.
Samuxlu, Ziyadlılı İkinci Vətən Müharibəsi Şəhidi Taleh Gündüz oğlu Yusifovun qardaşı Şahin Yusifovun oğlan övladının, əməisinin ad və soyadını daşıyan balaca Talehin kiçik toy mərasimi olub.
Toy məclisi saat 17:00-da Samuxda yerləşən “Çıraq Plaza”da baş tutub.

Öncə balaca bəy valideynlərinin müşayiəti və alqış sədaları altında zala daxil olub.
Sonra Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himnimiz səsləndirilib.
Ardınca Taleh Yusifovla bağlı videoçarx nümayiş etdirilib.
Təsirli, kövrək anlar yaşanıb.
Daha sonra çıxışlar, təbriklər başlayıb.
Şəhid Taleh Yusifovun anası Mələk xanım, tək bacısı Qəmər müəllim, Samuxun axundu Hacı İlham, Samuxlu Şəhid ailələri və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Yusifovlar ailəsinə gözaydınlığı verilib, balaca bəyə isə uzun ömür, can sağlığı, xoşbəxtlik, böyük toy arzulanıb.
Çıxışlardan sonra bir-birini əvəzləyən gözəl mahnılar, musiqilər səsləndirilib, rəqslər ifa edilib.
Bir sözlə, 5 saatdan çox davam edən toyda gözəl anlar, gözəl məclis yaşanıb.
Allah xoşbəxt və bəxtəvər etsin, əmisinin ruhu daimi köməyi olsun, balaca Talehin!
23:30, 01.01.2026
***
FOTOLAR:











***







00:45, 02.01.2026
***



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





