Şəhid ailələrinin üzvləri kolleclərdə və AMEA-nın magistraturasında pulsuz oxuyacaq – Daha bir ŞAD xəbər

Azərbaycanda şəhid ailələrinin üzvləri orta ixtisas təhsil müəssisələrində (kollec) və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsində təhsil haqqından azad olunurlar.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 9-da keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 3-cü (Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları) maddəsinə əlavə edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb. Layihəyə əsasən, dövlət ali təhsil müəssisəsi ilə yanaşı, orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda (AMEA magistratura) ödənişli formada təhsil alan şəhid ailəsi üzvlərini təhsil haqqını ödəməkdən azad olunurlar.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Etikxeber.az

Read Previous

“Təhsil haqqında” qanun dəyişiləcək

Read Next

“Exit-poll”un nəticələri gün ərzində üç dəfə, günün sonunda isə yekun nəticələr ictimaiyyətə təqdim olunacaq.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir