“Şəhid ailəsi ən ağır cəzanı həyatın özündən alıb-övlad itkisini yaşayıb. Siz daha nə vermək istəyirsiniz onlara? Daha nə qədər ağrı yükləmək istəyirsiniz?”-ŞƏHİD ANASINDAN ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİ HƏDƏF ALANLARA KƏSKİN ETİRAZ

Artıq susmaq olmur. Son vaxtlar bəzi insanların şəhid ailələrinə, şəhid atalarına, şəhid həyat yoldaşlarına və qazilərimizə qarşı sərgilədiyi hörmətsizlik, yazdığı təhqirlər və etdiyi ittihamlar insanı dərindən sarsıdır. Bir şeyi unutmayın-bu gün rahat yaşadığımız torpaq uğrunda canından keçənlər şəhidlərimizdir. Bu gün bayrağımız dalğalanırsa, bunun arxasında övladını torpağa verən analar, oğul dərdi çəkən atalar, yarımçıq qalan ailələr dayanır.

Etikxeber.az xəbər verir ki, bunu Şəhid Miqdad Abduləlimovun anası, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Tünzalə Abduləlimova dilə gətirib.

Onunun sözlərinə görə, amma təəssüf ki, bəzi insanlar sosial şəbəkələrdə, TikTok səhifələrində, müxtəlif platformalarda özlərinə baxış, izlənmə və gündəm qazanmaq üçün şəhid adını belə alçaltmaqdan çəkinmirlər.

“Tam araşdırılmamış hadisələr üzərindən şəhid ailələrini hədəfə çevirmək, onların ünvanına ağır sözlər yazmaq, onları linç etmək hansı vicdana sığır?

Bir şəhid ailəsi artıq ən ağır cəzanı həyatın özündən alıb-övlad itkisini yaşayıb. Siz daha nə vermək istəyirsiniz onlara? Daha nə qədər ağrı yükləmək istəyirsiniz?

Heç kimin şəhid adını ucuz müzakirə mövzusuna çevirməyə haqqı yoxdur. Heç kimin şəhid atasını, şəhid həyat yoldaşını, şəhid ailəsini təhqir etməyə haqqı yoxdur.

Fikir bildirmək ayrı şeydir, insanların şərəf və ləyaqətini tapdalamaq ayrı. Bu ölkənin şəhidlərinə borclu olan insanlar əvvəlcə hörməti öyrənməlidir.

Şəhidlərimizin ruhunu incidəcək, ailələrinin qəlbini qıracaq sözlər yazmazdan əvvəl hər kəs vicdanı ilə baş-başa qalmalıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların ailələrinə qarşı hörmət isə seçim deyil-borcdur!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq müşahidə olunur-SİYAHI

Read Next

Yenə zəlzələ-BAŞ VERDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir