Şəhid ailəsindən olan, atasını vaxtsız itirən, tək övladının-Uğurunun üzünü doyunca görməyən Şəhid-SABAH 25 YAŞI TAMAM, CƏNNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ OLACAQ HƏSƏN ƏKBƏROV… – FOTOLAR

Bu gün daha bir Şəhid ailəsini ziyarət etdik, daha bir İkinci Vətən Müharibəsi Şəhidinin evinə, ocağına, ailə üzvlərinə baş çəkdik…

Yevlax rayonunun Yaldili kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhidi, əslən Ağdam rayonunun Eyvazxanbəyli kəndindən olan Həsən Raqub oğlu Əkbərovun ocağında, ailəsində olduq…

Qeyd edək ki,sabah, 20 sentyabr tarixində Həsənin 25 yaşı tamam olur, sabah Onun Cənnətdəki ikinci doğum günü, mövlududur…

Goranboylu Şəhid ailələri-Şəhid bacıları və İkinci Vətən Müharibəsi Qazisi, iki medallı Fuad Həsənovla birlikdə Şəhidimizin anası Sənubər xanıma, Şəhidimizin bir övlad anası olan həyat yoldaşına, tək və subay qardaşına, o cümlədən Qazi xanımı olan bacısına başsağlığı verdik, onlara Allahdan səbr və dözüm arzuladıq…

Şəhidimizin ruhu və ailəsi qarşısında dərin ehtiramla baş əydiyimizi, daim Şəhidlərimizə borclu olduğumuzu bildirdik…

“Şəhidimizin məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, yubiley-25 yaşı mübarək olsun!”-dedik…

Şəhidimizin anası, ailə üzvləri ilə bir saata yaxın söhbətləşdik, dərdləşdik, onlara təsəlli verməyə çalışdıq…

Onu da qeyd edək ki, Həsən 1997-ci il sentyabrın 20-də sadə, çox kasıb bir ailədə anadan olub…

Ailənin 3 övladından, iki qardaşdan biri olub…

Atalarını 2003-cü ildə itiriblər…

Anaları, əslən Kəlbəcərli Sənubər xanım onlara həm ana, həm də ata olub…

Onları minbir əzab-əziyyətlə böyüdüb, boya-başa çatdırıb…

Həsən 2003-2014-cü illərdə orta məktəbdə oxuyub…

2015-2016-ci illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb…

İkinci Vətən Müharibəsindən öncə ailə həyatı qurub, Uğur adlı oğlan övladı dünyaya gəlib…

İkinci Vətən Müharibəsi zamanı isə cəmi bir ayın hərbçisi-MAXE-si kimi döyüşlərə atılıb…

Və elə müharibənin ilk günündə, 27 sentyabr tarixində Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub, canını Vətən yolunda fəda edib…

23 yaşının tamamından cəmi bir həftə sonra Şəhidlik məqamına ucalıb…

Nəşi “Stansiya Mingəçevir” adlanan ərazidə yerləşən qəbiristanlıqda dəfn olunub, Əbədiyyətə uğurlanıb…

Həsən həm də Şəhid ailəsindəndir…

Belə ki, dayısı Pənah Quliyev də Şəhiddir…

O, Birinci Qarabağ Savaşında, 1993-cü ildə, 39 yaşında Şəhidlik məqamına ucalıb…

Qeyd etdiyimiz kimi, Həsən həm də ailəli olub…

Üzünü doyunca görə, əzizləyə bilmədiyi Uğur adlı övladı, oğlu ailəsinə, Vətənə əmanət qalıb…

Ruhu balasının köməyi olsun, torpağı sanı yaşasın-balaca, ata üzü görməyən Uğuru!

Bir daha məkanı cənnətlik, məqamı Uca, dərgahı münarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid qardaşlardan İslam Əhmədovun bu gün Cənnətdəki ikinci doğum günüdür, 28 yaşı tamam olur-ŞƏHİDLİKLƏRİNİN İKİNCİ İLİNDƏ, SENTYABRIN 28-DƏ YAŞADIQLARI KÜÇƏYƏ ADLARININ VERİLMƏSİ GÖZLƏNİLİR… – FOTOLAR – YENİLƏNİB -(1)

Read Next

Azərbaycandan Fransaya-NOTA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir