“Şəhid ailəsini ziyarət edəndə də, xoş sözlər eşitdim…” – TAHİR RZAYEV

Rayonun Xocavən, Aşağı Avşar, Avşar kəndinin seçiçiləri ilə görüşlərim oldu. Görüşlər zamanı seçicilər daha əvvəlki kimi qaz, su, yol, işıq problemlərini dilə gətirmədilər. Regionların inkişafindan, onlara göstərilən qayğıdan razılıq etdilər.

Etikxeber.az xəbər verir ki, bunu 82 saylı Ağcabədi Seçki Dairəsindən deputatlığa namizəd Tahir Rzayev deyib.

“Şəhid anası Səbiqə İbrahimovanın ailəsini ziyarət edəndə də ananın və bacının dilindən xoş sözlər eşitdim. Onlar dövlətimizə ucalıq, ölkə rəhbərinə uğurlar, xalqımıza sabitlik, firavanlıq arzuladılar…”-deyə, T. Rzayev qeyd edib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edən T. Rzayev 4 dəfə Milli Məclisin (MM) üzvü olub.

O, 2001-ci ildən, 2-ci çağırışdan Ağcabədini, 82 saylı dairəni MM-də təmsil edir.

T. Rzayev MM-in Regional, Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvüdür.

Parlamentdə və mediada fəallığı ilə seçilən millət vəkillərindəndor.

Etikxeber.az

Read Previous

“Azərbaycan gəncləri küçələrdə deyil…” – PREZİDENT – FOTO

Read Next

Seçicilərdən xanım millət vəkilinə-BÖYÜK DƏSTƏK – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir