Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azay müəllimi aşağı-yuxarı təxminən 25-30 ilə yaxındır tanıyıram…
Qiyabi və əyani şəkildə, hələ QHT Forumuna rəhbərlik etdiyi dövrlərdən…
Həmin vaxtlar elə bir şəxsi tanışlığımız, yaxın münasibətlərimiz olmasa da, onu millət vəkili seçildiyi dönəmdən, 2005-2006-cı illərdən daha yaxından tanımağa başladım bir parlament müxbiri olaraq…
Bir millət vəkili kimi də elə ilk gündən və hər zaman aktivliyi, fəallığı, mediaya açıqlığı ilə seçilənlərdən oldu…
Şəxsən öz adıma deyirəm ki, bir dəfə olsun belə açıqlama, müsahibə almaq niyyətimi geriyə çevirmədi, “yox” demədi, əksinə, hər zaman suallarımı məmnuniyyətlə cavablandırdı…
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü və rəhbəri kimi də Azərbaycan, Qarabağ həqiqətlərinin Qərbə, Avropaya çatdırılmasında öz aktiv və müsbət fəaliyyəti ilə yadda qaldı…
Və ən əsası son 19-20 ildə, son 4 çağırışda əsl deputat, əsl millət vəkili necə olmalıdır mümunəsini ortaya qoyanlardan, azsaylılardan biri oldu…
Xüsusilə, ən həsass təbəqə olan Şəhid ailələri və Qazilərə yanaşmada, münasibətdə özünü əsl millət vəkili kimi apardı və doğrultdu…
Onlara siyasətçi kimi yox, daha çox insan kimi yanaşdı…
Şəxsən mən özüm bir neçə dəfə Şəhid ailələri ilə bağlı bəzi vacib məqamları, problemləri-hansı ki, onun dairəsinə, onun səlahiyyətinə heç bir aidiyyatı yoxduydu-çatdırdım və heç birində də “mənlik deyil, edə bilmərəm…”-demədi, xahişimi, ricamı bir dəfə olsun geri çevirmədi…
Konkret bir faktı qeyd edəcəyəm…
İki il öncə, 2022-ci ilin yay ayları idi…
Bölgələrimizdən birində yaşayan bir Şəhid anası (özü də çox utancaq, çox sakit, çox təvazökar…) ev, mənzil problemi ilə bağlı Bakı şəhərində qeydiyyata düşmək və paytaxtda evlə, mənzillə təmin olunmaq istəyirdi…
Tam haqlarıydı…
Çünki iki övladından birini Şəhid vermiş, həyat yoldaşı da müharibə veteranı olan həmin Şəhid anası öz bölgəsində, öz şəhərində heç bir həssasiyyət, heç bir xidmət, fəaliyyət görməmişdi, bir növ “unudulmuşdu”…
Və həmin Şəhid Anası bir gün gəlib Bakıda qeydiyyata düşmüş və adını çəkmək istəmədiyim Bakı rayonlarından birinin icra strukturuna ev, mənzil növbəsinə dayanmaq üçün getmişdi bacısı ilə…
Ancaq onlara çox yumşaq şəkildə desəm, saymazyana münasibət göstərmişdilər…
Bu münasibət isə bala, övlad Dərdi çəkən Ananı, Qazi xanımını daha da sarsıtmışdı…
Kömək, dəstək üçün isə mənə müraciət etmişdilər…
Və onlarla şəhərdə görüşüb birlikdə daha bir səlahiyyətli quruma getsək də, xeyli əsəbi müzakirələr aparsaq da, bir nəticəsi olmamışdı…
Ancaq yenə də Şəhid Anasının və Şəhid xalasının kövrək, sual dolu baxışları mənə dikilmişdi…
Mən isə nə edəcəyimi bilmirdim, bu vəziyyət məni daha da üzürdü…
Və birdən yadıma Azay müəllim düşdü, öz-özümə dedim ki, bu məsələyə yalnız Azay müəllim kömək edə bilər…
Bu ümidlə də Azay müəllimə cəmi üç-dörd kəlməlik mesaj yazdım…
Onu da düşündüm ki, məzuniyyət, istirahət dönəmidir, bəlkə də mesajıma baxmaz…
Ancaq heç üstündən beş dəqiqə keçməmiş Azay müəllim mənim mesajımı cavablandırdı və yazdı ki, Şəhid ailəsi dərhal yenidən həmin icra strukturuna getsin…
Mən də onun cavabını həmin Şəhid Anasına çatdırdım və üstündən bir saat keçməmiş onlardan çox müsbət, çox sevincli bir cavab aldım…
Şəhid Anası öz minnətdarlığını ifadə edərdək, mənzil qeydiyyatına götürldüyünü bildirdi…
İnanın ki, həmin an uçmağa qanadım yoxuydu sevincimdən…
O dərəcədə sevincliydim…
Çünki Dərdli, Yaralı bir Şəhid ailəsini, Şəhid Anasını sevindirmişdim məhz dəyərli Azay müəllimin qətiyyəti, insanlığı sayəsində…
Bəli, o zaman bir daha Azay müəllimin necə həssas bir insan və necə əsl millət vəkili olduğunu gördüm, bildim…
Və üstündən də 3-4 ay keçməmiş həmin Şəhid ailəsi Şəhidinin Haqqı olan mənzillə təmin olundu Bakı şəhərində…
Başqa oxşar nümunələri də çəkə, qeyd edə bilərəm…
Amma elə bilirəm ki, bu məqam hər şey açıqlığı ilə ortaya qoyur…
Bufədəki seçkilərdə də namizədliyinə və yenidən seçkiləri qazanmasına sidq-ürəkdən sevindiyim azsaylı insanlardan, millət vəkillərindən biri də Azay müəllim oldu…
Bu seçkilərin qazanclarından, uduşlarından biridir Azay müəllim…
Hər zaman olduğu kimi çox uğurlu və çox səmimi seçki kampaniyası yürütdü və müsbət nəticəsini gördü…
İnanıram və əminəm ki, qarşıdakı 5 ildə də Azay müəllim əsl millət vəkili necə olmalıdır, necə olur…nümunəsini bir daha ortaya qoyacaq və sadə Binəqədilələrin yenidən uduşu, qazancı olacaq.
Azay müəllimə bundan sonrakı dönəmdə də, bundan sonrakı fəaliyyətində də uğurlar, bol nailiyyətlər!
Hörmətlə,
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az saytının rəhbəri