Şəhid anası ölkə Prezidenti və ailə üzvlərini-EVLƏRİNƏ QONAQ, İFTAR MƏCLİSİNƏ DƏVƏT ETDİ – MÜRACİƏT

Kürdəmirli-İkinci Vətən Müharibəsinin Şəhidi, eləcə də, Qazi və Əsgər anası Simuzər Əli qızı Bağıyeva ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevi və ailə üzvlərinə evlərinə qonaq-iftar süfrəsinə dəvət edib.

Bu haqda Etikxeber.az-a Şəhid anasının özü məlumat verib.

O, bunları deyib:

“Mən 3 övlad-3 oğul anasıyam…Oğlumun biri-Mərahim hərbçi-zabit, Qazidir…İkinci oğlum-Cəmil Həşimli İkinci Vətən Müharibəsinin İgidlərindən, Şəhidlərindəndir…Üçüncü oğlum-Cavid də bu gün Vətənin keşiyini çəkməkdə, əsgərlikdədir, həm də respublika çempionudur…Hamı bizi Kürdəmirdə vətənpərvər ailə kimi tanıyır, bizə vətənpərvər ailə deyirlər…Övladlarımla, Şəhid Cəmilimlə qürur duyuram, fəxr hissi keçirirəm…Necə deyərlər, Şəhidlər ölməz, Vətən bölünməz!

Bir Şəhid, bir Qazi, bir Əsgər anası kimi, ölkə rəhbərinə, çox hörmətli Prezidentimizə, Qalib, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə müraciət edərək, onu və ailə üzvlərini evimizə qonaq dəvət edirəm…Bildiyiniz kimi, müqəddəs, 11 ayın sultanı olan Ramazan ayında, Ramazan günlərində yaşayırıq…Allah hər bir müsəlmanın Orucunu, dualarını qəbul etsin…Çox istərdik ki, bu əziz günlərdə cənab Prezidentimiz ailəsi ilə birlikdə bizim ailəmizə təşrif buyursun, bizləri sevindirsin…Onları iftar məclisində, iftar süfrəsində-evimizdə görməkdən məmnun, çox şad olardıq…Allah Dövlətimizi, Millətimizi, Ordumuzu və Müzəffər Ali Baş Komandanımızı qorusun. Amin!”

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Tarixi Zəfərimizə, Qələbimizə, Qarabağın işğaldan azad olunmasına görə, Şəhidlərimizin hər birinə, o cümlədən, Milli Qəhrəmanlarımız Polad Həşimovla İlqar Mirzəyev başda olmaqla, İyul şəhidlərinə borcluyuq…”-ZİYAD SƏMƏDZADƏ – MÜSAHİBƏ – (ÜÇÜNCÜ HİSSƏ)

Read Next

İlham Əliyevdən kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı-FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir