“Şəhid anasının hər zamankı kimi məğrur duruşu, təmkini məni fərəhləndirdi…”-BƏHRUZ MƏHƏRRƏMOV – FOTOLAR

Biləsuvar rayonu Nərimankənd kəndindən olan şəhidimiz Pərvin Səlahəddin oğlu Əliyevin anası Rəfiqə xanımla seçki ərəfəsi tanış olmuşuq, şəhid anası kimi fəaliyyətimizə ilk xeyir-dua verənlərdən biri olub. Kənd məktəbində müəllimə işləyən anamızla mütəmadi olaraq telefonla danışırıq. Bu dəfəki səfərimdə həm özünü görmək, həm Pərvinin xatirəsini yad etmək məqsədi ilə evlərini ziyarət etdim. Şəhid anasının hər zamankı kimi məğrur duruşu, təmkini məni fərəhləndirdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Adətimiz üzrə ailənin qayğıları ilə maraqlandım, hər zaman ailənin yanında olacağımızı bildirdim. Tanımayanların nəzərinə çatdırım ki, şəhid gizir Pərvin Əliyev 15 mart 1981-ci il tarixində Biləsuvar rayon Nərimankənd kəndində anadan olmuş, 2014-cü il avqust ayının 1-dən 3-dək Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhadətə ucalmışdır.

Göstərdiyi igidliyə görə şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir. Allahdan Pərvin başda olmaqla bütün şəhidlərimizə rəhmət, Rəfiqə müəllimənin timsalında bütün şəhid valideynlərinə isə səbr və can sağlığı diləyirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Bayramovla Lavrov nəyi-MÜZAKİRƏ ETDİLƏR?

Read Next

140 illik tarixi olan “Horadiz-Zəngilan-Ağbənd” beynəlxalq dəmiryol qovşağı-AYBƏNİZ İSMAYILOVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir