Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-6 yanvar 2026-cı il tarixində daha bir Şəhid doğmasının, Şəhid yaxınının şad-özəl günü olub.
Əslən İmişlili, özü isə Sumqayıtlı olan Birinci Vətən Müharibəsi Şəhidi Arif Allahverdiyevin bacısı Sevinc Allahverdiyevanın ikinci qız övladının toy mərasimi keçirilib.
Sevinc xanımın qızı Güllübəyim Əsgərova əslən Füzulidən olan Tural Ceyhun oğlu Əsgərovla (şair-yazar Raziyə Kamılqızının qardaşı oğlu) ailə həyat qurub.
Toy məclisi saat 18:00-da Bakı şəhərində yerləşən “Millenium Palace”də baş tututub.
Öncə Bəylə gəlin “Vağzalı” və alqış sədaları altında məclisə daxil olublar.
Sonra Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himnimiz səsləndirilib.
Ardınca çıxışlar, təbriklər başlayıb.
Bəylə gəlinin valideynləri-qız anası,Şəhid bacısı Sevinc xanım onların dəvətini qəbul edən, gözəl günlərində yanlarında olan hər bir kəsə, xüsusilə, Şəhid ailələrinə öz minnətdarlıqlarını ifadə edib.
Digər çıxış edənlər isə Bəylə gəlinin valideynlərinə, doğmalarına gözaydınlığı verib, yeni cütlüyə xoşbəxtlik, ailə səadəti diləyiblər.
Qeyd edək ki, bu gün həm də Sevinc xanımın doğum günüdür.
Şəhid doğmaları Sevinc xanıma gözaydınlığı verməklə yanaşı, yeni yaşı, doğum günü münasibətilə təbrik edib, ona uzun ömür, can sağlığı arzulayıb, öz hədiyyələrini-gül buketlərini təqdim ediblər.
Çıxışlardan sonra isə bir-birini əvəzləyən gözəl mahnılar, musiqilər səsləndirilib, rəqslər ifa edilib.
Allah yeni cütlüyü bir ömür boyu xoşbəxt və bəxtəvər etsin!
22:50
***
FOTOLAR:














***








***








***









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





