Şəhid bacısı və Qazi Anası-PREZİDENTƏ MÜRACİƏT ÜNVANLADI VƏ…

Goranboy rayonunun Nərimanlı kəndində yaşayan Qazi anası Çiçək Ənvər qızı Ələkbərova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyevə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərova müraciət ünvanlayıb.

Etikxeber.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli cənab Prezidenti, Müzəffər Ali Baş Komandanımız!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Çiçək Ənvər qızı Ələkbərova Goranboy rayonunun Nərimanlı kəndindənəm. İki övlad-bir oğlan və bir qız anasıyam. Hər iki övladım ailəlidir. Övladlarımı da minbir çətinliklərlə, olduqca şəraitsiz bir evdə böyütmüşəm. Bunu Nərimanlıda yaşayan hər kəs də yaxşı bilir. Onlara həm ana, həm də ata olmuşam.

Həm də Şəhid bacısıyam və Qazi anasıyam. Qardaşım Sərdar Ənvər oğlu Əsədov Birinci Qarabağ Savaşının Şəhididir, tək oğlum isə İkinci Vətən Müharibəsinin iştirakçısı, Qazisidir. Tək, ailəli oğlum nə mənə, nə də həyat yoldaşına demədən könüllü şəkildə İkinci Vətən Müharibəsinə, Vətəninin müdafiəsinə yollandı, iki dəfə yaralandı, kəllə-beyin travması aldı, ölümlərdən döndü. Yəni, Vətənini, Torpağını bizdən-ailəsindən üstün tutdu.

Min şükürlər olsun Allahıma, illərdir qardaş dərdi yaşayan məni bu dəfə bala, övlad dərdi ilə sınamadı. Balam səhhətində problemlər olsa da, bu gün sağdır, gözümün önündədir, ailəsinin başındadır və hazırda da iki övlad atasıdır. İgidliyinə, Qəhrəmanlığına görə də 4 medalla təltif olunub. Buna görə də Sizə minnətdarlığımı ifadə edirəm.

Çox hörmətl və çox əziz İlham Heydər oğlu!

Sizə müraciət ünvanlamaqla, bir-iki xahişimi nəzərinizə çatdırmaq istərdim. Birinci xahişim övladımın medal məsələsi ilə bağlıdır. Yuxarıda da qeyd etdiyim kimi, övladım 4 medalla (biri Baş nazir tərəfindən təltif edilib) olunub. Amma istəyirəm ki, balam Haqqı olan “Cəsur döyüşçü” medalı ilə də təltif olunsun. Bu medalı da balam Haqq edir. Növbəti sərəncamlarınızdan birində övladımın “Cəsur döyüşçü” medalı ilə də təltif olunduğunu görmək istərdim.

Eyni zamanda, illərdir çox kasıb, şəraitsiz bir evdə yaşayırıq. Oğlum da neçə ildir özünə normal şəraitli bir ev tikmək istəyir, daha doğrusu, tikdirir, amma maddi durum səbəbindən hələ də tikdirib başa çatdıra bilmir…müəyyən köməkliklər olunsa da. İki körpə övladı var. İstəyirəm ki, heç olmasa, nəvələrim bir gün görsünlər. Həm də Qazilərimizə Sizin qayğınız və dəstəyinizlə evlər, mənzillər verilir. Amma övladım hələ də Haqqı olan mənzillə təmin olunmayıb. Odur ki, bu məsələnin də həllinə köməklik göstərməyinizi Sizdən xahiş və rica edirəm.

Həm də qeyd etdiyim kimi, maddi durumumuz yaxşı deyil. Aldığımız pul da bizə güclə çatır, tələbatımızı güclə ödəyir. Ona görə istəyirəm ki, maddi durumumuzu nisbətən yaxşlaşdırmaqdan ötrü Goraboy rayonunda, rayonun özündə balaca bir obyekt yeri üçün torpaq sahəsi ilə təmin olunaq. Bu məsələdə də bizə köməklik göstərməyinizi, dəstək olmağınızı, müvafiq qurum və şəxslərə tapşırıqlar verməyinizi xahiş və rica edirəm. Və inanıram ki, müracətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq.

Qarşıdan da növbəti seçkilər gəlir və hər zaman Xalqımıza, Dövlətimizə Qələbələr, Zəfərlər yaşadan Müzəffər Ali Baş Komandanımız kimi Sizə növbəti Qələbə, Zəfər arzulayıram. Və öncədən də Sizə minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm! Allah Sizi və Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Sıxlıq və tıxac olan yollar-BAKIDA

Read Next

Bakıda sexdə yanğın nəticəsində ölənlərin-SAYI 9-A ÇATDI, FHN VƏ BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir