Şəhid Cəfər Elyasovun bacısı ailə həyatı qurdu-CÜTLÜK TOY MƏRASİMİNDƏN ÖNCƏ ŞƏHİDLƏRİN MƏZARINI ZİYARƏT ETDİ -FOTOLAR

Bu gün, 23 dekabr tarixində daha iki Azərbaycan gənci ailə həyatı qurub, dünya evinə girib, nikahını rəsmiləşdirib.

Mingəçevirli Məleykə və İlkin cütlüyü…

Qeyd edək ki, ailə həyatı quran gənclərdən biri həm də Şəhid ailəsinin üzvü, Şəhid bacısıdır.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, Məleykə Elyasova Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin tək oğlu Cəfər Elyasovun tək bacısıdır.

Hər iki gənc toy mərasimindən öncə Mingəçevir şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər.

Onlar bu gün, 23 dekabr tarixində Cənnətdəki ikinci ad günü olan Şəhid Mikayıl Əlibəylinin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Sonra Şəhidin anası Almaz xanımdan və ailə üzvlərindən, eləcə də digər Şəhid ailələrindən halallıq alıblar.

Sonra cütlük Məleykə xanımın qardaşı Cəfər Elyasovun məzarıni ziyarət ediblər.

Bu zaman çox duyğulu, təsirli anlar yaşanıb.

Digər Şəhid ailələri Cəfər Elyasovun (həm də Məleykə Elyasovanın) anası Buluş xanıma həm səbr diləyib, həm də gözaydınlığı verib, tək qız övladına xoşbəxtlik arzulayıblar.

Daha sonra gənclər digər Şəhid məzarlarının önündə ehtiramla baş əyərək, Şəhidlər Xiyabanını tərk ediblər.

Allah hər iki gəncimizi xoşbəxt, bəxtəvər etsin!

Dünyanın ən xoşbəxt ailələrindən olsunlar!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yoluxmada artım-854 nəfər – DAHA 19 ÖLÜM…

Read Next

29 yaşı tamam olan Şəhid Mikayıl Əlibəylinin-MƏZARININ ZİYARƏTİ VƏ CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM – FOTOSESSİYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir