Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir Şəhid ailəsində xoş, sevincli anlar yaşanıb.
Ağdaşlı İkinci Vətən Müharibəsi Şəhidi, evin tək və subay oğlu Cəlaləddin Elxan oğlu Fərhadovun böyük bacısının-Arzu xanımın övladı dünyaya gəlib.
Mart ayının 19-da, Novruz bayramı ərəfəsində dünyaya göz açan körpəyə Leyla adı verilib.
Etikxeber.az xəbər verir ki, bu gün-1 may 2025-ci il tarixində isə balaca Leylanın-Leyla Müşfiq qızı İbrahimlinin dünyaya gəlməsinin qırxıncı günü tamam olur və bu, həm də Şəhid dayısının Cənnətdəki beşinci doğum günü ilə üst-üstə düşür.
Odur ki, Şəhid dayısının Cənnətdəki beşinci doğum günündə Fərhadovlar ailəsinin yaşadığı evdə həm də balaca Leyla üçün qırxçıxdı məclisi düzənlənib.
Məclisdə balaca Leylanın valideynləri, Fərhadovlar ailəsi, yaxınları, doğmaları iştirak edirlər.
Dayısının ruhu köməyi olsun, torpağı sanı yaşasın!
Amin!
***
FOTOLAR:



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az