Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəhid anası bələdiyyə üzvlüyünə namizəd göstərilib.
Etikxeber.az xəbər verir ki, hər üç övladı İkinci Vətən Müharibəsi iştirakçısı və bir oğlu Şəhid olmuş ali məktəb tələbəsi Simuzər Bağıyeva yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində namizəd kimi iştirak edəcək.
Şəhid anasının namizədliyi hakim Yeni Azərbaycan Partiyasının (YAP) Kürdəmir rayon təşkilatı tərəfindən irəli sürülüb.
Qeyd edək ki, Simuzər Bağıyeva İkinci Vətən Müharibəsi Şəhidi-Gizir Cəmil Həşimlinin anasıdır.
Şəhid anasına seçkilərdə uğurlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az