Şəhid Cəmil Məmmədlinin tək bacısının ilk övladı dünyaya gəlib VƏ KÖRPƏYƏ ŞƏHİDİN-CƏMİLİN ADI VERİLİB…

Bu gün-cəmi bir neçə saat öncə daha bir Şəhid ailəsində sevincli anlar yaşanıb.

Daha bir Şəhid ailəsində körpə-nəvə dünyaya gəlib.

Əslən İsmayıllı rayonundan olan Bakılı, Səbailli İkinci Vəıtən Müharibəsi Şəhidi, evin-ailənin tək, subay, ali təhsilli, 4 medal və bir ordenli oğlu Cəmil Habil oğlu Məmmədlinin bacısı oğlu dünyaya göz açıb.

Cəmil Məmmədlinin kollec təhsilli tək bacısı Aybəniz xanımın ilk övladı-oğlu, Cəmili dünyaya qədəmlərini basıb.

Bu barədə də Etikxeber.az-a Şəhid ailəsindən bildirilib.

Qeyd edilib ki, dünyaya gələn körpəyə dayısının, Şəhid Cəmilin adı verilib.

Şəhidin bacısı oğlu-balaca Cəmil Kəngərli soyadını daşıyacaq.

Cəmil Murad oğlu Kəngərli…

Balaca Cəmilə dayısının ruhu kömək olsun, torpağı sanı yaşasın!

Şəhid ailəsinin-Məmmədovlar ailəsinin və Kəngərlilər ailəsinin gözləri aydın olsun!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mingəçevirin antiterror Şəhidlərindən olan-XƏYAL CANBAXIŞOVUN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, BU GÜN 21 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Tovuzlu antiterror Şəhidi Şikar Hüseynovun Şəhidliyindən 3 ay 10 gün sonra ikinci qız övladı dünyaya gəldi-KÖRPƏYƏ MƏLƏK ADI QOYULDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir