“Şəhid dədələrimizin ruhları şad olacaq” – QƏNİRƏ PAŞAYEVADAN “VİZA LƏĞVİ” DƏYƏRLƏNDİRMƏSİ

Cənab prezidentin bu qərarı son zamanlar eşitdiyim ən xoş xəbərlərdən biri oldu. Bu çox önəmli və “Bir millət-iki dövlət”in ruhuna uyğun tarixi bir addımdır. Bunun üçün cənab prezidentə çox təşəkkür edirik. Bu təkcə qardaş Türkiyəyə deyil, bütövlükdə Türk coğrafiyasında yerləşən dövlətlərə yönəlik də bir mesajdır ki, birliyimizi daha da gücləndirməliyik. Tam əminik ki, bu qərar qardaş Türkiyədə təkcə dövlət xadimləri deyil, sadə insanlar arasında da çox böyük sevinc, coşqu ilə qarşılanacaq və qarşılanmaqdadır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva  ölkə prezidenti İlham Əliyev tərəfindən illər uzunu müzakirə mövzusuna çevrilmiş Türkiyə ilə Azərbaycan arasındakı viza səddinin götürülməsi barədə tarixi qərarını şərh edərkən deyib.
GANIREEEE
“Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun üzvü kimi tez-tez qardaş ölkədə səfərlərdə olurduq və hər zaman viza məsələsinə görə çoxsaylı suallarla üzləşirdik. Tam əminəm ki, cənab prezidentin bu qərarı iki dövlət arasındakı qardaşlıq bağlarını, “Bir millət-iki dövlət düşüncəsini daha da gücləndirəcək. Bu qərar Çanaqqalada şəhid olan Azərbaycan kökənli dədələrimizin, 1918-ci ildə Azərbaycana köməyə, yardıma gələn, Bakıda şəhid olan Türk-Qafqaz İslam Ordusunun şəhid əsgər və zabitlərinin ruhunu şad edən tarixi bir addım oldu. Bu, həm də əlaqələrimizin gələcək inkişafına yönələn, bu əlaqələrə daha da müsbət təsir göstərən bir qərardır.  Ona görə biz bu qərarı alqışlayırıq, dəstəkləyirik”-deyən millət vəkilinin sözlərinə görə, artıq Türkiyədən də bu məsələ ilə bağlı çoxsaylı zənglər və mesajlar gəlir:
“Tvitter” üzərindən Türkiyədən çoxsaylı sadə vətəndaşlardan və ziyalılardan sevinc dolu mesajlar alırıq. Ona görə inanırıq ki,  bu addım Türkiyə ilə Azərbaycan, iki qardaş ölkə arasında əməkdaşlığın, əlaqələrin daha da inkişafına özünün gözəl töhfələrini verəcək bir addımdır. Yenə qeyd edirik ki, bunu həm Azərbaycanımızın, həm də Türkiyəmizin insanları ürəkdən alqışlayırlar,  çox müsbət qiymətləndirirlər”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Qoşulmama Hərəkatının Nazirlər Şurası Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəklədi

Read Next

Avroliqa – “NEFTÇİ” : “ARSENAL” – 1:0 YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir