Şəhid dayısının ad və soyadını daşıyan balaca-FƏXRİ QƏRİBZADƏNİN DÖRD YAŞI TAMAM OLDU, QƏRİBOVLAR AİLƏSİNDƏ, ŞƏHİD OCAĞINDA DOĞUM GÜNÜ MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR

24 fevral 2025-ci il tarixində Bərdədə, Güloğlularda, Qəribovlar ailəsində, Şəhid Fəxri ocağında gözəl bir gün yaşandı…

Tək və nişanlı dayısının-Şəhid Fəxri Qəribzadənin ad və soyadını daşıyan balaca Fəxri Qəribzadənin doğum günü idi və dörd yaşının tamam olması ailə daxilində məclis düzənlənmişdi…

Məclisdən öncə balaca Fəxrinin valideynləri, doğmaları onun “sakini” olduğu Bərdə rayon 6 saylı Köprələr evini ziyarət etdilər…

Balaca Fəxrinin balaca dostlarına konfet, tort hədiyyə etdilər və birlikdə xatirə fotoları çəkdirdilər…

Sonra isə Fəxri ocağında doğum günü süfrəsi başına cəm oldular…

Təbriklər, xoş diləklər səsləndi, dilə gətirildi…

Dayısının ad və soyadını daşıyan səbəbkara uzun ömür, can sağlığı, xoşbəxtlik, səadət arzulandı…

Eyni zamanda, balaca Fəxrinin mənəvi anası-Şəhid anası Mehparə Qəribovaya, nənəsi Sona Qəribovaya, babası Ənvər Qəribova, valideynləri-Türkanə və Pərvin Qəribovlara gözaydınlığı verildi…

Sonda da təbii ki, doğum günü tortu kəsildi…

Bir daha doğum günün mübarək, balaca Fəxri Qəribzadə-Şəhid dayısının ad və soyadını daşıyan balaca kişi!

Hər zaman ailənin və Azərbaycanın Fəxri olasan!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Sabah Füzuliyə, ondan sonra isə dağlara, Şuşaya getməli idim… Lakin düşünürəm ki, mən qarın yağması ilə bir növ soyuq havanı dünən axşam hiss etdim…Belə qərara gəldik ki, yayda sizin gözəl ölkənizə konfransda iştirak etmək üçün gələcəyik, ikinci evimizə yenidən səfər edəndə biz birlikdə oranı ziyarət edəcəyik…”-PAKİSTANIN BAŞ NAZİRİ – YENİLƏNİB – FOTOLAR

Read Next

BMT Baş Assambleyası Ukrayna münaqişəsi ilə bağlı Rusiya əleyhinə qətnamə-QƏBUL ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir