Şəhid dayısının-anasının qardaş əvəzi xalası oğlunun-Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin adını daşıyan balaca Fəxrinin-Fəxrisani Mahir oğlu Həsənzadənin bu gün doğum günüdür.
Bu gün balaca Fəxrisaninin-ikinci Fəxrinin bir yaşı tamam olur.
Bir yaşının tamam olması ilə bağlı bu gün axşam saatlarında-Bərdə rayonunun Güloğlular kəndində, ailəsinin yaşadığı evdə, ata ocağında gözəl bir məclis düzənlənib.
Məclisə valideynləri, qardaşları ilə yanaşı adını daşıdığı Fəxri Qəribzadənin anası Mehparə Qəribova başda olmaqla, ailə üzvləri, o cümlədən, Fəxri Qəribzadənin adını özündə yaşadan 4 aylıq balaca Fəxriyyənin ailəsi, qohumlar, tanışlar cəm olublar, toplaşıblar.
Məclis iştirakçıları, eləcə də Şəhid anası Mehparə xanım səbəbkarı, balaca Fəxrisanini təbrik edib, ona can sağlığı, uzun ömür arzulayıb, valideynləri-Humay xanım və Mahir bəyə gözaydınlığı veriblər.
Balaca Fəxriyə-Fəxrisaniyə bir ömür boyu xoşbəxtlik, bəxtəvərlik diləyiblər.
Gözəl arzular, xoş diləklər biri-birinə qarışıb, bir-birini əvəzləyib.
Gözəl bir gün, gözəl bir məclis yaşanıb.
Məclisin sonunda isə Fəxrisaninin ad günü ilə bağlı hazırlanmış tort kəsilib.
Doğum günü, 1 yaşı bir daha mübarək olsun!
Adını daşıdığı, yaşatdığı dayısı Fəxri Qəribzadənin torpağı sanı yaşasın, ruhu köməyi olsun!
Amin!
***
FOTOLAR:











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az