Şəhid Elməddin Hüseynzadənin-24 YAŞI TAMAM OLDU, CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİMDƏ DUYĞULU, KÖVRƏK ANLAR YAŞANDI… – FOTOLAR – YENİLƏNİB – (3)

Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin tək və subay övladı, anası tərəfindən təkbaşına böyüdülən, MAXE, 3 medallı, 24 yaşlı Şəhid Elməddin Hüseynzadən mövludu, Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər saatlarında Bərdə Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Etikxeber.az-ın xəbərinə görə, 1998-ci ilin mart ayının 24-də anadan olan Elməddin Hüseynzadənin Cənnətdəki ikinci ad günündə həm də adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

Eyni zamanda, “Bərəkət” şadlıq sarayında 24 yaşının tamam olması ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Həm “Şəhid bulağı”nın açılışında, həm məzarını ziyarətdə, həm də Cənnətdəki ad günü ilə bağlı mərasimdə Şəhidin anası Arzu Hüseynova, yaxınları, Bərdədən, Mingəçevirdən, Ağdamdan, Goranboydan, Gəncədən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, Bərdə İcra Hakimiyyətinin məsul işçiləri və başqa şəxslər iştirak ediblər.

Həm ruhuna dualar oxunub, həm çıxışlar edilib.

Eyni zamanda, mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Təsirli, kövrək, duyğulu anlar yaşanıb.

Şəhidlərə, Vətənə aid şeirlər, İlahilər ifa edilib.

Etikxeber.az açılışdan, ziyarətdən və mərasimdən fotoları təqdim edəcək.

12:00

FOTOLAR:

“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI…

12:30

***

MƏZARININ ZİYARƏTİ…ŞƏHİD ANALARI…QƏHRƏMAN ANALAR…DƏRD VƏ QÜRUR ORTAQLARI…

12:39

***

VƏ CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM…

12:47

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində toqquşma olmayıb-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Övladına Şəhid dostunun adını verdi, övladı da 26 il sonra dostunun, döyüş yoldaşının taleyini yaşadı, Vətən yolunda Şəhid oldu-ŞƏHİD SƏRVAN SƏRXAN OĞLU ŞÜKÜROV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir