Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün təbliğat kampaniyamızı Kürdəmirin Mollakənd, Türkədi, Ərəbxana, Çərtiyaz, Carlı, Quşlar kəndlərində davam etdirdik. Altı kəndi əhatə edən iki görüş keçirtdik. Əvvəlcə Ərəbxana və Mollakənd şəhidlərinin, o cümlədən şəhid Pərviz Novruzun xatirəsinə salınmış Bulaq Komplelsi və Xatirə Lövhəsi ilə tanış olduq.
Etikxeber.az xəbər verir ki, bu barədə 95 saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, filologiya elmləri doktoru, professor Jalə Əliyeva məlumat verib.
“Sonra Carlı kəndində ucalan Şəhidlər Bulağını və Şəhidlər Xatirə Kompleksini ziyarət etdik. Carlı kəndində şəhid İmamverdiyev Elnur Vəfadar oğlunun evində olduq. Valideynləri ilə çay süfrəsi arxasında söhbət apardıq, istəkləri, problemləri ilə maraqlandıq. Mollakənd və Carlı kəndlərində təşkil etdiyimiz hər iki görüşdə yüzdən çox seçici iştirak edirdi. Görüş iştirakçıları ilə tanışlığımız, toxunduğumuz məsələlər, irəli sürdüyümüz mülahizələr məmnunluq və alqışlarla qarşılandı.
Çıxış edənlər seçki günü kimə səs verəcəklərini elə bu görüş əsnasında artıq müəyyənləşdirdiklərinivə və seçimlərinin Jalə Əliyeva olduğunu bildirdilər. Bütün Kürdəmirli seçicilərimə, göstərdikləri etimad üçün minnətdarlığımı bildirirəm”-deyə, o, sözlərinə əlavə edib.







Etikxeber.az





