Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-12 oktyabr 2024-cü il tarixində daha bir Şəhid ailəsində, Qazi ocağında gözəl gün yaşanmaqdadır…
Bərdəli, Otuzikilər kəndindən və iki hərbçi qardaşdan biri olan İkinci Vətən Müharibəsi Şəhidi Elşən Mehbalıyevin qardaşı qızının-“Azərbaycan Bayrağı” ordenli, Əfsanəvi Xüsusi Təyinatlı, Qazi Elnur Mehbalıyevin ilk övladının-tək qızı Elşanənin, Elşanə Mehbalıyevanın dünyaya gəlməsi, adqoydusu ilə bağlı məclis düzənlənib…
Məclis günorta saatlarında Bərdədəki “Gold Mətin” şadlıq sarayında baş tutub…
Məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib…
Sonra çıxışlar, təbriklər başlayıb…
Şəhid qardaşı-Qazi Elnur Mehbalıyevə və xanımına, Şəhid və Qazi qardaşlarının valideynlərinə gözaydınlığı verilib, balaca Elşanəyə uzun ömür, can sağlığı, xoşbəxtlik və bəxtəvərlik, əmisinin və valideynlərinin adına layiq övlad olması arzulanıb…
Şəhid və Qazi valideynləri Cəmalə xanım və Təvəkkül Mehbalıyev də öz növbəsində məclis iştirakçılarına minnətdarlıqlarını ifadə edib, belə bir gündə onların yanında olduqları üçün hər kəsə, xüsusilə, Şəhid ailələrinə təşəkkürlərini bildiriblər…
Çıxışlardan, təbriklərdən sonra söz musiqyə verilib…
Bir-birindən gözəl müsiqilər, mahnılar səsləndirilib, rəqslər ifa edilib…
Dünyaya gəlişin, adın, daşıdığı ismin mübarək olsun, Qazi balası balaca Elşanə!
Əminin ruhu daim köməyinə çatsın!
Əminin torpağı sanı, yüz il sağlıqlı və huzurlu ömür yaşayasan!
Amin!
***
FOTOLAR:


















***














Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





