Şəhid Elşad Əliyevin anası Flora Əliyevanın növbəti dəfə təşəbbüsü və təşkilatçılğı ilə-BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDLƏRİNİN AİLƏLƏRİNİN GƏNCƏ ŞƏHƏRİNƏ SƏFƏRİ-ZİYARƏTİ TƏŞKİL OLUNDU…ŞƏHİD AİLƏLƏRİ GƏNCƏ İMAMZADƏSİNİ VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏR VƏ… – FOTOLAR – YENİLƏNİB – (2)

6 oktyabr 2024-cü il tarixində Birinci Qarabağ Savaşı Şəhidlərinin ailələrinin-Şəhid analarının, Şəhid xanımlarının, Şəhid bacı və qardaşlarının Gəncə şəhərinə səfəri olub.

Bu səfər də Birinci Vətən Müharibəsi Şəhidi Elşad Əliyevin anası Flora xanımın, Flora Əliyevanın növbəti təşəbbüsü və təşkilataçılığı ilə baş tutub.

Etikxeber.az xəbər verir ki, 50-dən çox Şəhid ailəsinin üzvü öncə Gəncə şəhərindəki məşhur İmamzadə türbəsini, Gəncə İmamzadəsini, İmamzadənin divarlarına vurulmuş Şəhid barelyeflərini ziyraət ediblər.

Şəhid ailələri öz doğmaları da daxil olmaqla, cəmi Şəhidlərin ruhlarına dualar ediblər.

Ziyarət zamanı həm də çox kövrək, təsirli, duyğulu anlar yaşanıb.

Şəhid ailələrinin üzvləri göz yaşlarına hakim ola bilməyiblər.

Bakı, Sumqayıt, Neftçala, Mingəçevir Abşerondan gələn Şəhid ailələrinin növbəti ünvanı-növbəti ziyarətgahı Gəncə şəhər Səbiskar qəbiristanlığındakı Şəhidlər Xiyabanı olub.

Şəhid ailələri Gəncəli Şəhidlərin məzarlarını ziyarət edib, xatirə fotoları çəkdiriblər.

Sonda isə Gəncəli Birinci Qarabağ Savaşı Şəhidi Samir Sabir oğlu Həsənovun anası Məlahər Xitariyə məsus olan xeyir-şər məclis evində Şəhid ailələri üçün ehsan süfrəsi-tədbir təşkil olunub.

Yazar Raziyə Kamilqızının aparıcılıq etdiyi tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra qısa çıxışlar olunub, Flora Əliyeva Məlahət Xitariyə minnətdarlıq ifadə edilib.

Eyni zamanda, Gəncəli Şəhid ailələrinə hədiyyələr və diplomlar təqdim olunub.

Həmçinin, Məlahət Xitari tərəfindən Flora Əliyevaya kələğayı hədiyyə edilib.

***

FOTOLAR:

23:40

***

23:59, 06.10.2024

***

Kamil HƏMZƏOĞLU (HƏMZƏOĞLU)

Etikxeber.az

Read Previous

Şəhadət günündə, Şəhidliyinin dördüncü ilində-CƏMİL HƏŞİMLİNİN AİLƏSİNİ, OCAĞINI, MƏZARINI YENİDƏN ZİYARƏT…- FOTOLAR – YENİLƏNİB

Read Next

“Qisas” əməliyyatı Şəhidi Amin Qəfərlinin tək qardaşı-QAFAR QAFARLININ TOYU OLDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir