Şəhid Elvin Əzizovun tək oğlu silahdan açılan atəş nəticəsində-DÜNYASINI DƏYİŞDİ – FOTO – YENİLƏNİB

Masallı rayonunun Qarğalıq kəndinin Şəhidi Elvin Əzizovun əziz oğul övladı Ayxan bu gün dünyasını dəyişib. Bu acı xəbər bizi dərindən kədərləndirdi.

Etikxeber.az xəbər verir ki, bu barədə Masallı rayonundan olan Qazi Bəxtiyar Salayev öz Facebook səhifəsində paylaşdığı statusunda yazıb.

Qeyd edək ki, orta məktəb şagirdi olan Ayxan Əzizovun 13 yaşı var.

O, bu gün kənd qəbiristanlığında dəfn olunub.

***

Eyni zamanda, APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Ayxan Əzizov qonşusunun evində odlu silahla ehtiyatsız davranıb və silahdan açılan atəş nəticəsində ölüb.

Onu da qeyd edək ki, Ayxan Əzizovun atası-Azərbaycan Ordusunun Giziri Elvin Əfrail oğlu Əzizov İkinci Vətən Müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə Şəhid olub.

Eyni zamanda qeyd edək ki, Ayxan Əzizov ailənin üç övladından biri, iki bacının tək qardaşı idi.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Qanunsuz zəbt edilmiş ərazilərdə hasilatla bağlı cinayət işləri başlandı-BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Read Next

“Bölgədənkənar qüvvələrin regiona müdaxiləsi qəbuledilməzdir…”-İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir