Şəhid Elvin Fuad oğlu Mustafayev Gəncə Şəhidlər xiyabanında-TORPAĞA TAPŞIRILDI – FOTOLAR

İkinci Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olunub.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan Ordusunda hərbi xidmət edən hərbi qulluqçu, 1997-ci il təvəllüdlü Elvin Fuad oğlu Mustafayev Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.

Qeyd edək ki, Elvin Mustafayev 1997-ci ildə Gəncə şəhərində anadan olub.

O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü.

Ötən gün ordumuzun hərbi qulluqçusunun şəhid olduğu məlum olub.

Etikxeber.az

Read Previous

“Bizim regionda belə güclü yükdaşıma parkına o qədər də çox ölkə sahib deyil…”-İLHAM ƏLİYEV – FOTO

Read Next

Daha 1402 yeni yoluxma-DAHA 32 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir