Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribovanın təşəbbüsü və təşkilatçılığı ilə daha bir tədbir-xeyriyyə aksiyası keçirildi: ŞƏHİD VƏ QAZİ ÖVLADLARI SÜNNƏT OLUNDU – FOTOLAR -YENİLƏNİB – (7)

Bu gün, 12 mart tarixində Bərdəli (həm də Bakılı-Suraxanılı) Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribovanın təşəbbüsü və təşkilatçılığı ilə Bərdə rayonunda Şəhid və Qazi övladlarının sünnət olunması üzrə tədbir-xeyriyyə aksiyası keçirilib.

Aksiyada 30-dan çox Şəhid (həm də Şəhid yaxınlarının) və Qazi övladı sünnət edilib.

Etikxeber.az-ın xəbərinə görə, sünnətdən öncə Bərdədə “Leyli” şadlıq sarayında tədbir keçirilib.

Tədbirdə Bərdədən, Tərtərdən olan Şəhid və Qazi ailələri, Şəhid və Qazi övladları, eləcə Bakıdan gələn qonaqlar, Bərdə ziyalıları, incəsənət nümayəndələri iştirak ediblər.

Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib.

Tədbir zamanı Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, ifa edilib.

Şəhid və Qazi övladları sevindirilib.

Eyni zamanda, Şəhid, Şəhid yaxınlarının övladları və Qazi övladlarına hədiyyələr təqdim olunub.

Tədbirin təşəbbüskarı və təşkilatçısı Mehparə Qəribova hər kəsə, xüsusilə, Şəhid və Qazi ailələrinə, o cümlədən tədbirin baş tutmasına dəstək olanlara minnətdarlığını ifadə edib.

Bildirib ki, belə bir tədbirin-xeyriyyə aksiyasının keçirilməsi ilk növbədə Şəhidlərin ruhunu sevindirir və sevindirəcək.

2 saatdan çox davam tədbirdən sonra Bərdə Müalicə Diaqnostika Mərkəzində Şəhid övladları, Şəhid yaxınlarının övladları və Qazi övladları sünnət ediliblər.

Qeyd edək ki, sünnət əməliyyatı Bərdə Müalicə Diaqnostika Mərkəzi tərəfindən pulsuz həyata keçirilib.

12:00

***

FOTOLAR:

ŞƏHİD, ŞƏHİD YAXINLARININ ÖVLADLARI…

12:30

***

QƏHRƏMAN ŞƏHİD AİLƏLƏRİ…ONLARIN VƏ AZƏRBAYCANIN GƏLƏCƏYİ OLAN ŞƏHİD ÖVLADLARI…

12:45

***

BİR-BİRİNƏ DAYAQ OLAN ŞƏHİD AİLƏLƏRİ, QAZİLƏR, VƏTƏN SEVDALILARI…

12:50

***

QARŞILARINDA BAŞ ƏYİLƏNLƏR…

12:57

***

13:30

***

TƏDBİRİN-MƏRASİMİN SONU…

16:30

***

VƏ BƏRDƏ MÜALİCƏ DİAQNOSTİKA MƏRKƏZİ… PEŞƏKAR, GÜLƏRÜZ KOLLEKTİV… VƏ SÜNNƏT ƏMƏLİYYATI…

16:50

***

POLİKLİNİKANIN BAŞ HƏKİMİ, PEŞƏKAR HƏKİM, QAYĞIKEŞ İNSAN LOĞMAN ABBASOV…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə-BAŞSAĞLIĞI VERDİ

Read Next

Daha 197 yeni yoluxma-DAHA 10 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir