Şəhid Fuad Qafarov dəfn olundu – YENİLƏNİB

Ermənistanın təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Fuad Qafarov bu gün dəfn ediləcək.

Etikxeber.az-ın məlumatına görə, Xaçmaz rayonunun Niyazoba kənd sakini 1988-ci il təvəllüdlü F. Qafarov anadan olduğu kənddə dəfn ediləcək.

***

Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin xidmət etdiyi hərbi hissənin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yaylım atəşindən sonra şəhid F. Qafarov köhnə Xaçmaz qəbiristanlığında dəfn edilib. Şəhidin tabutu üzərindəki bayraq şəhidin atasına təqdim edilib.

Etikxeber.az

 

Read Previous

“Allahın tacik xalqına hədiyyəsi Emomali Rahmondur” ifadəsinə görə deputatdan səfirə ETİRAZ

Read Next

MDB-də ilk dənizdibi seysmik stansiya Azərbaycanda quraşdırılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir