“Oğlum da Vətən üçün yarandı, ürəyi də daim Vətən üçün döyündü, Vətən uğrunda da getdi, Şəhid oldu…”-SAQİBƏT XANKİŞİYEVA – ŞƏHİD FUAD XANKİŞİYEVİN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU – YENİLƏNİB – FOTOLAR

Bu gün Mingəçevir şəhərində daha bir “Şəhid bulağı”nın açılış mərasimi keçiriləcək.

Etikxeber.az xəbər ki, bu dəfə Mingəçevirdən olan digər bir İkinci Vətən Müharibəsi iştirakçısının-Şəhid Fuad Şöhrət oğlu Xankişiyevin adını daşıyan “Şəhid bulağı”nın açılışı olacaq.

Açılış mərasimi saat 17:00-da baş tutacaq.

Mərasimdə Şəhid ailələri, Qazilər, şəhər ziyalıları, məktəblilər iştirak edəcəklər.

Qeyd edək ki, “Şəhid bulağı”nın açılışı həm də Şəhid Fuad Xankişiyevin yubiley doğum gününə-25 yaşının tamam olduğunu günə təsadüf edir.

Belə ki, 25 yaşı tamam olan Şəhidimiz 1996-cı ilin aprelin 12-də dünyaya gəlib.

Uşaq yaşlarınından da özünün əl qabiliyyəti və bacarığı ilə seçilib.

İkinci Vətən Müharibəsinin iştirakçısı olan Şəhidimiz Füzulidən Daşlatı-Çanaqçıycan döyüş yolu keçib.

Noyabrın 3-də ağır döyüşlərin birində qəhrəmancasına həlak olan Şəhidimiz noyabrın 6-da Mingəçevirdə-Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidimiz Azərbaycan Prezidenti tərəfindən 3 medalla- “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Nur içində yatsın!

00:03

***

Saat 17:00-da “Şəhid bulağı”nın açılış mərasimi keçirilib.

Açılış mərasimi Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb.

Mərasimdə Şəhidin ailə üzvləri, qohumları, dostları, qonşuları, Şəhid ailələri, Birinci və İkinci Qarabağ Savaşının iştirakçıları-Qazilər, din xadimləri, şəhər ziyalıları və məktəblilər iştirak ediblər.

Şəhidin anası Saqibət Xankişiyeva tədbiri açaraq, mərasimə qatılanların hər birinə özü və ailəsi adından minnətdarlıq edib.

Qeyd edib ki, bir ana, bir valideyn kimi, oğlu ilə fəxr edir, qürur duyur.

“Oğul Vətən üçündür…Oğlum da Vətən üçün yarandı, ürəyi də daim Vətən üçün döyündü, Vətən uğrunda da getdi, canını fəda etdi, Şəhid oldu…Oğlumla fəxr edirəm, qürur duyuram…Bu gün tədbirə qatılan insanlar, insan seli bir daha onu göstərdi ki, oğlum nə qədər hörmətli imiş, nə qədər insanların sevimlisinə çevrilibmiş…Allah Fuadım da daxil olmaqla, bütün Şəhidlərimizə rəhmət etsin, bütün Şəhid ailələrinə, Şəhid analarına səbr versin”-deyə, o, sözlərinə əlavə edib.

Sonra Şəhidin digər ailə üzvləri, Şəhid anaları – Şəhid qardaşlar-Musa və Tural Həsənovların anası, Xudayar Yusifzadənin anası, Cəmil Həşimlinin anası, Xəzər Əliyevin anası, Qazilər, din xadimləri, ziyalılar, məktəblilər və digər şəxslər çıxış ediblər.

Məktəblilər Şəhidlərimizə, Vətənə həsr olunmuş şeirlər səsləndiriblər.

Açılış mərasimi “Xudayar təsnifi“nin səsləndirilməsi ilə başa çatıb.

Tədbirin sonunda mərasim iştirakçıları Mingəçevir Şəhidlər Xiyabanına doğru hərəkət edib, Şəhidlərin məzarlarını, o cümlədən, Fuad Xankişiyevin məzarını ziyarət ediblər, Şəhidlərin ruhlarına dualar oxuyublar.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaq…”-İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

“Ev”imizə kimsəni dəvət etməyə utanırıq, çünki…”-ŞƏHİD ƏZİM HƏSƏNOVUN AİLƏSİ PREZİDENTLƏ BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT ETDİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir