Şəhid generalımız və şəhid polkovnikimiz-TORPAĞA TAPŞIRILDILAR – FOTOLAR

Azərbaycan ordusunun iyulun 14-də Tovuzda şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunublar.  

Etikxeber.az-ın xəbərinə görə, generalın və polkovnikin cənazələri bu gün səhər saatlarında II Fəxri Xiyabana gətirilib.

Qeyd edək ki, iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Həmin ərazidə baş verən şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun general-mayoru, 1975-ci il təvəllüdlü Polad Həşimovun nəşi dünən doğulduğu Qəbələ rayonuna aparılıb, oradan isə Sumqayıta gətirilib, İlqar Mirzəyevin cənazəsi isə Bakıya gətirilib.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Bir azdan soyuqqanlı düşünəndə çoxunuz deyəcəksiniz ki, mən niyə bu addımlara alət oldum…”-FAZİL MUSTAFA

Read Next

“Qısa vaxtda müvafiq beynəlxalq qurumları məlumatlandıracağıq…”-OMBUDSMANDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir