Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-5 sentyabr 2026-cı il tarixində daha bir Şəhid ailəsində, daha bir Şəhid övladının həyatında gözəl, unudulmaz gün yaşanıb.
Həm Bakılı, həm də Qubalı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç oğlan övladından biri, ali-hərbi təhsilli, Mayor, üç övlad atası İlkin Qələmşah oğlu Əhədzadənin qızı, bugünlərdə ADA Universitetinin tələbəsi adını qazanmış Fidan İlkin qızı Əhədzadənin ali məktəbə daxil olması ilə bağlı məclis düzənlənib.
Şəhid ailələrinin, Qazilərin, müharibə iştirakçılarının, İlkin Əhədzadənin ailə üzvlərinin, doğmalarının, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı üzvlərinin, Səbail rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, bəzi Şəhidsevər ziyalıların, Şəhid atası Qələmşah Əhədovun iş yoldaşlarının, müəllimlərin iştirakı ilə keçirilən məclis axşam saatlarında-17:00 radələrində məşhur “Oazis” restoranında baş tutub.
Etikxeber.az xəbər verir ki, təxminən 100 nəfərlik məclis vətənpərvərlik ruhunda olan mahnıların sədaları altında başlayıb.
Sonra məclisdə Vətən Şəhidlərinin xatirəsi bir dəqiləlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Ardınca Şəhid İlkin Əhədzadə və qızı Fidan Əhədzadə ilə bağlı videoçarx nümayiş etdirilib.
Bu zaman körək, təsirli anlar yaşanıb.
Daha sonra çıxışlar edilib.
Çıxışlarda Şəhid İlkin Əhəzadənin ailəsinə, valideynlərinə-anası Asəmən xanıma, atası Qələmşah Əhədova, Şəhidin xanımına və tələbə adını qazanmış övladına gözaydınlığı verilib.
Şəhid əmanətinə-tələbə Fidan Əhədzadəyə tələbəlik həyatında uğurlar, nailiyyətlər, atasının adını daim uca etməsi arzulanıb.
Şəhidin valideynləri, həyat yoldaşı da hər kəsə öz minnətdarlıqlarını ifadə ediblər.
Üç çaatdan çox davam edən məclisdə milli və vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, rəqslər ifa edilib.
Xatirə fotoları çəkdirilib.
21:11
***
FOTOLAR:








21:25
***









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





