Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əhmədov qardaşlarının anası Leyla Əhmədova: “İLQAR VÜQARA TƏKCƏ QARDAŞIM DEMİRDİ, ONA BALAM DEYİRDİ, ONU ÖZÜNDƏN BELƏ ÇOX İSTƏYİRDİ…”
Bu gün-saat 14:00 radələrində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yerləşən Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbdə yazar Sabir Hacıyevin Şəhid İlqar Adil oğlu Əhmədov və qardaşı Vüqar Adil oğlu Əhmədova həsr etdiyi “İki oğulun acısı” kitabının təqdimatı olub.
Etikxeber.az xəbər verir ki, təqdimat mərasimində Əhmədov qardaşlarının ailə üzvləri-valideynləri, yaxınları, Şəhid ailələri, 100 saylı məktəbin şagird və müəllimləri, digər şəxslər iştirak ediblər.
Mərasimdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Əhmədov qardaşları ilə bağlı sənədli film-videoçarx nümayiş etdirilib.
Həmçinin, 100 saylı məktəbin şagirləri Əhmədov qardaşları ilə bağlı səhnəcik-kompozisiya nümayiş etdiriblər.
Daha sonra kitabla bağlı çıxışlar və təqdimat olub.
Çıxışlarda Əhmədov qardaşlarının, xüsusilə, Şəhid İlqar Əhmədovun keçdiyi həyat və döyüş yolundan söz açılıb.

Əhmədov qardaşlarının ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Əhmədov qardaşlarının valideynləri-anası Leyla Əhmədova və atası Adil Əhmədov da öz növbəsində kitabın müəllifinə və təqdimat mərasiminə görə əməyi, zəhməti keçənlərə minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda, “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov adıçəkilən qrupun və iş adamı Mübariz Mənsimovun adından Şəhidin anası Leyla xanıma “Xarıbülbül” simvolunu təqdim edib.
***
Qeyd edək ki, İlqar və Vüqar Əhmədovlar ailənin iki oğlan övladı olub.
Əslən Qubadlı rayonunundan olan, özü isə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində-1978-ci ilin aprel ayının 6-da dünyaya gələn İlqar Əhmədov 2000-ci ilin yanvar ayının 26-da, cəmi 22 yaşında Şəhidlik məqamına ucalıb.
İlqar Əhmədov orta məktəbi bitirdikdən sonra Dənizçilik Akademiyasının Elektrotexnika fakültəsinə daxil olub.
Dördüncü kursda oxuyarkən könüllü şəkildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.
Əvvəlcə Gəncədə, sonra Tərtərdə yerləşən “N” saylı hərbi hissələrdə qulluq edib.
Və 2000-ci ilin yanvarın 26-da Tərtər istiqamətində düşmənin təxribatı nəticəsində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Ondan 8 yaş kiçik olan qardaşı Vüqar Əhmədov isə İlqar Əhmədovun Şəhidliyindən 11 il sonra, gənc yaşlarında-cəmi 25 yaşında, qəflətən və vaxtsız şəkildə dünyasını dəyişib.
Vüqar Əhmədov 1986-cı ilin 3 noyabr tarixində dünyaya gəlib və 2011-ci ilin 30 avqust tarixində vəfat edib.
Hər iki qardaş Sumqayıt şəhər qəbiristanlığında dəfn olunublar.
Hər ikisi də subay olub.
Nurlar içində yatsınlar!
16:49
***
FOTOLAR:














***










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





