Şəhid İlqar Əhmədovun mövludu, 48 yaşının tamam olması ilə bağlı-İRƏVAN DÖVLƏT AZƏRBAYCAN DRAM TEATRINDA TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında ailənin iki oğlan övladından biri, özündən sonra qardaşı da dünyasını dəyişmiş Şəhid İlqar Adil oğlu Əhmədovun mövludu, 48 yaşının tamam olması ilə bağlı tədbir düzənlənib.

Tədbir Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Raziyə Kamilqızının təşkilatçılığı ilə baş tutub.

Etikxeber.az xəbər verir ki, tədbirdə Şəhidin valideynləri-Leyla və Adil Əhmədovlar, Şəhid ailələri, Qazilər, Qubadlı rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və Şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Dənizçilik Akademiyasının müəllim və tələbələri, Binəqədi rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Binəqədi rayon Bələdiyyəsinin sədri və üzvləri, Binəqədi rayon 100 nömrəli tam orta məktəbin müəllim və şagirdləri və digərləri iştirak ediblər

Tədbirdə öncə Dövlət himni səsləndirilib, mərhum dövlət başçısı Heydər ƏliyevŞəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxışlar başlayıb.

Çıxış edənlər Şəhid İlqar Əhmədov və Vətən qəhrəmanları haqqında qürur və sevgi hissi ilə çıxış ediblər.

Şəhidlərin unudulmadığı və unudulmayacağı dilə gətirilib.

Çıxışlardan sonra “Əbədi Tədbirlər” layihəsinin gənc aktyorları İlqar Əhmədov haqqında kompozisiya nümayiş etdiriblər.

Həmçinin, məktəblilər və İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları tərəfindən İlqar Əhmədovla bağlı müxtəlif kompozisiyalar nümayiş olunub.

Təsirli, duyğulu, kədərli anlar yaşanıb, tədbirlər iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Tədbirin sonunda isə xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

Prezident üç ölkənin səfirinin-ETİMADNAMƏLƏRİNİ QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Xəzərdə növbəti-ZƏLZƏLƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir