Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bir neçə gün öncə daha bir Şəhid ailəsində gözəl, sevincli anlar yaşanıb.
Əmisi Birinci Qarabağ Savaşı Şəhidlərindən-itkin Şəhidlərimizdən, özü isə İkinci Vətən Müharibəsi Şəhidi olan evin-ailənin tək və nişanlı oğlu Kənan Müşfiq oğlu Ələkbərlinin iki bacısından biri-Əminə Ələkbərlinin ilk övladı-oğlu dünyaya gəlib.
Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin İkinci Qarabağ Savaşı Şəhidlərindən Kənan Ələkbərlinin 1 oktyabr 2024-cü il tarixində dünyaya gələn bacısı oğluna Onun adı verilib.
Körpəyə dayısının, Şəhid Kənanın adı qoyulub.
Kənan Fuad oğlu Məmmədov…
Ələkbərlilər və Məmmədovlar ailəsinin gözləri aydın olsun!
Balaca Kənana isə dayısının ruhu kömək olsun, torpağı sanı yaşasın!
Onu da qeyd edək ki, balaca-Şəhid dayısının adını daşyan Kənanın atası Fuad Məmmədov hərbçidir.
O, İkinci Vətən Müharibəsinin, “Qisas” və Antiterror əməliyyatlarının iştirakçısı olub, medallarla təltif edilib.


Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





