Şəhid Kənan Süleymanlının anası Səadət Şirəliyeva tərəfindən-MƏHƏRRƏMLİK AYI İLƏ BAĞLI EHSAN MƏCLİSİ TƏŞKİL OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

İkinci Vətən Müharibəsi Şəhidi Kənan Sadıq oğlu Süleymanlının anası Səadət Şirəliyeva tərəfindən Məhərrəmlik ayı ilə bağlı cəmi Şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub.

Etikxeber.az xəbər verir ki, ehsan süfrəsi Sabunçu rayonunda yerləşən “Kənan” mərasim evində baş tutub.

Saat 16:00-da başlayan ehsan süfrəsi-ehsan məclisi iki saadan çox davam edib.

Ehsan süfrəsində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, eyni zamanda, Şəhidlərin ruhlarına dualar edilib, “Quran” oxunub.

Ehsan məclisinə görə Şəhidin ailəsinə-anası Səadət xanıma minnətdarlıq bildirilib.

Sonda xatirə fotoları çəkdirilib.

***

Qeyd edək ki, əslən Qərbi Azərbaycanlı, özü isə Bakılı olan Kənan Süleymanlı 1991-ci ilin yanvar ayının 30-da dünyaya gəlib.

Ailənin iki oğlan övladından biri, evin böyük və subay oğlu, ali təhsilli olub.

Leytenant hərbi rütbəsini daşıyıb.

2020-ci ilin 29 sentyabr tarixində İkinci Vətən Müharibəsinə qatılıb və noyabr ayının 9-da Xocavənd rayonu istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 12 gün sonra, 21 noyabr tarixində İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra dörd medal və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Nur içində yatsın!

20:00

***

FOTOLAR:

21:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyevlə Mehriban Əliyeva Olimpiya çempionu-ZELİM KOTSOYEVİ TƏBRİK ETDİLƏR – YENİLƏNİB – (1)

Read Next

Yağış yağacaq, şimşək çaxacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir