Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bakı şəhərinin Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən 208 saylı tam orta məktəbdə İkinci Vətən Müharibəsi Şəhidi Mehdi Zaman oğlu Fərzullazadənin xatirəsinə həsr olunmuş “Qarabağda Xilaskarlıq və Zəfər Missiyası” adlı kitabın təqdimat mərasimi keçirilib.
Kitabın müəllifi Şəhidin dayısı Etibar Kərimlidir.
Etikxeber.az xəbər verir ki, təqdimat mərasimidə Şəhidin ailə üzvləri, Bakı şəhərindən olan Şəhid ailələri, Qazilər, 208 saylı məktəbin müəllim və şagirdləri, Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının nümayəndələri, Suraxanı rayon İcra Hakimiyyətinin təmsilçiləri iştirak ediblər.
Təqdimat mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Təqdimat mərasimində çıxışlar ediblər.
Çıxışlarda Mehdi Frzullazadə də daxil olmaqla, Şəhidlərin İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlıqlarından bəhs olunub, sözügedən kitabın ərsəyə gətirilməsinə görə müəllifə minnətdarlıq ifadə olunub.
Təqdimat mərasimi bir saatdan çox çəkib.
***
Qeyd edək ki, Mehdi Fərzullazadə 1995-ci ilin 27 iyul tarixində Bakının Bülbülə qəsəbəsində anadan olub.
Ailədə iki qardaş, bir bacı olublar.
2001-2012-ci illərdə Suraxanı rayon 208 saylı orta məktəbdə oxuyub.
Orta məktəbdə oxuyarkən onu “Mixaylo” ləqəbi ilə çağırıblar.
Orta məktəbi bitirdikdən sonra, 2013-2015-ci illərdə Vətənin keşiyində dayanıb, həqiqi hərbi xidmətdə olub.
Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb, müxtəlif avtoservislərdə usta kimi çalışıb.
2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlb olunub və sentyabrın 27-dən də İkinci Vətən Müharibəsində iştirak edib.
Füzuli-Cəbrayıl-Xocavənd istiqamətlərində 41 şərəfli döyüş yolu keçib.
Noyabrın 7-də Xocavənd istiqamətində qəhrəmancasına Şəhid olub.
Nəşi Bülbülə Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra medallarla təltif olunub.
***
FOTOLAR:













Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





